Məhkəmə qərarları › İş №2(039)-1870/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1870/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1870/2023 18.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili X11 iştirakı ilə İddiaçı cavabdehlər X14 və X8 qarşı «4000 manat borc pul tələbi - yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4000 manat borcun və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X14 və X8 qarşı «4000 manat borc pul tələbi - yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4000 manat borcun və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat borc pulun və yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan ona məxsus 4000 manat borcun və məhkəmə xərclərinin cavabdehlər Cavabdeh hüquqi vərəsələri X9 və X6 tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izah etdi ki, Cavabdeh ona 4000 manat borcu var. Cavabdeh bu barədə ona yazılı qəbz də vermişdir. Hazırda Cavabdeh vəfat edib. Ondan miras qalmışdır. Həmin mirası onun övladları faktiki olaraq qəbul etdiyindən pulu da onlardan tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X19 məhkəmə iclasında izah etdi ki, Cavabdeh iddiaçıdan 4000 manat pul almışdır. Hazırda Cavabdeh vəfat etmişdir. Cavabdeh Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzil miras qalmşdır. Həmin mirası onun övladları faktiki olaraq qəbul etdiyindən pulu da onlardan tələb edir. İddiaçı nümayəndəsi və vəkili X19 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X14 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 yanvar 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 60 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 avqust 2021-ci il tarixli qəbzdən məlum olur ki, Cavabdeh İddiaçı 4000 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli arayışından məlum olur ki, X3 rayonu, Tantıqulular kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2023-cü il tarixli arayışından məlum olur ki, X1 rayonu, Tantıqulular kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisinin 03 mart 2023-cü il tarixli məktubundan məlum olur ki, “Elektron Notariat” avtomatlaşdırılmş informasiya sistemində axtarış zamanı 10 yanvar 2021-ci il tarixdə vəfat etmiş X12 adına vərəsəlik işinin açılması və qızları X16, X13 mirasın qəbuluna və imtinasına dair müraciəti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 iyul 2023-cü il tarixli məktubundan məlum olur ki, vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid 10 noyabr 2021ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı X7 (xx.xx.1957) (vəfat edib), qızı X21 (xx.xx.1982), qızı X16 (xx.xx.1986). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Tanrıqulular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 31 avqust 2023-cü il tarixli arayışından məlum olur ki, X5 rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmayıb və yaşamayıb. X4 rayonu, Tanrıqulular kəndinə ərə gəlib və hazırda mərhum qayınatası X18 məxsus evdə yaşayır. X16 bacıının əri vəfat etdiyi üçün bacısı ilə birgə yaşayır. Onların adına heç bir mülk və əmlak yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİH-nin 3 saylı Mənzil-Təmir İstismar sahəsinin 18 oktyabr 2023-cü il tarixli arayışından məlum olur ki, X21 və X16 Q.Əşrəfbəy küçəsi 9 mənzil 54-də üzün illərdir ki yaşamırlar. X2 vəfat edəndən sonra, mənzildə yaşayış olmayıbdır. Q.Əşrəfbəy küçəsi 9 mənzil 54 ünvanında yerləşən mənilin hal-hazırda faktiki olaraq vərəsə kimi kimlər tərəfindən qəbul edilməsi barədə onlarda heç bir məlumat yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X22 iddiaçıdan 4000 manat borc pul almışdır. X22 10 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər X12 vərəsələridir. X10 Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzil miras qalmışdır. İddiaçı məhkəməyə müraciət edərək, borcun vəzəsələrdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzil faktiki olaraq cavabdehlər miras kimi qəbul etdiyini bildirsə də, mirasın rəsmi və ya faktiki olaraq qəbul edilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı cavabdehlər X14 və X8 qarşı «4000 manat borc pul tələbi - yaranmış borca görə tutmanın borclu Cavabdeh məxsus Yevlax şəhəri Qarxunlu Əşrəfbəy küçəsi 9 saylı binanın 54 saylı mənzilinə - xüsusi mülkiyyətində olan yaşayış evinə yönəldilməsi, yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracda satılması, satışdan əldə edilən puldan 4000 manat borcun və məhkəmə xərclərinin tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar