Məhkəmə qərarları › İş №2(039)-1877/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1877/2020

25.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1877/2020 25.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə törədilən maneələrin aradan qaldırılması tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 5,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyinə, əkib-becərməyinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hazırda Yevlax rayonu Aran qəsəbəsində yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu Aran qəsəbəsində yerləşən 5,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Lakin Cavabdeh qanunsuz hərəkətləri və özbaşınalıqları nəticəsində o, torpaq sahəsindən istifadə edə bilmir. Belə ki, cavabdeh heç bir hüquqi əsas olmadan həmin torpaq sahəsinin ona məxsus olmasını bildirir və onun öz sahəsinə buraxmır o, hər dəfə sahəsinə gedəndə onun və oğlunun üzərinə hücum edir, dava-dalaş salır, onu təhqir edir. Hazırda o, torpaq sahəsini şumlatdırmış və təzə yonca toxumu səpməlidir. Lakin cavabdehin təqsiri ucbatından bunu edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, hazırkı tələbi ilə bağlı o və oğlu Elsevər dəfələrlə polis şöbəsinə müraciət etmişlər və Şöbədən onlara mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 5.3897 hektar kənd təsərrüfatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 5,3897 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən maneəçilik törədilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçının mülkiyyətində olan, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 5,3897 ha torpaq sahəsindən iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalıdır. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 5,3897 ha torpaq sahəsindən iddiaçının istifadəsinə maneəçilik törədən Cavabdeh hərəkətləri qanunsuz hesab edilsin və belə hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar