Məhkəmə qərarları › İş №2(039)-1883/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1883/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1883/2021 14.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2,163.90 manat əsas borc, 20.64 manat faiz borcu, 30.32 manat cərimə və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh 19 dekabr 2019-cu il tarixli Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə və 19 dekabr 2019-cu il tarixli Kredit müqaviləsinə əsasən kreditin şərtləri dəyişdirilərək illik 1 faizlə 60 ay müddətinə 2,169.32 manat olmaqla kreditin müddəti 19 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il avqustun 06-dək Cavabdeh banka 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2,163.90 manat əsas borc, 20.64 manat faiz borcu və 30.32 manat cərimə olmaqla, cəmi 2,214.86 manat borcu vardır. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətət iddiaçı Bankdan kredit götürmüşdür. Öhdəlikləri icra edə bilmədiyindən borc yaranmışdır. Bankla razılığa gələrək 2,169.32 manata dair restrukturizasiya müqaviləsi bağlamışdır. Lakin, maddi çətinliklərlə bağlı həmin krediti lazımınca icra edə bilməmişdir. İddianı əsas borc hissəsində təmin edilməsini, faiz borcu və cərimə tələbi hissəsində isə təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş İddiaçı ASC ilə cavabdehlər Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə kredit şərtləri və eyni tarixli 12-MZ-1-0-409-15 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncu ilə 60 ay müddətinə illik 1 % faiz dərəcəsi ilə 2,169.32 manat borca dair razılaşma əldə edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, 06 avqust 2021-ci il tarixə Cavabdeh Banka 19 dekabr 2019-cu il tarixli, 12-MZ-1-0-409-15 saylı kredit müqaviləsi üzrə 2,163.90 manat əsas borc, 20.64 manat faiz borcu var, 30.32 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut, eləcə də hesablanmış cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2,163.90 manat əsas borc, 20.64 manat faiz borcu, 30.32 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,244 (iki min iki yüz qırx dörd) manat 86 (səksən altı) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar