Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1888/2020 06.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 23200 (iyirmi üç min iki yüz) manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2015-2019-cu illərdə, müxtəlif vaxtlarda ümumilikdə 23200 manat borc pul vermişdir. Cavabdeh onunla qonşu binada yaşayır və şəxsən tanıdığı adamdır, əvvəllər normal münasibəti olubdur. xx xxxx 2015-ci ildə ehtiyacı olduğu üçün qaynanası ilə birgə ondan borc pul istəmişlər. Onun həmin vaxtlar maddi imkanı yaxşı idi və insanlıq, humanistlik edərək onlara 13600 manat borc pul vermişdir. Bir neçə ay sonra, cavabdeh onkoloji xəstə olmasını səbəb gətirmiş və müalicə olunması üçün 300, 760 və 120 manat olmaqla, cəmi 1180 manat borc pul istəmişdir. Həmin məbləği də cavabdehə vermişdir. Həmin vaxtlar o, Cavabdeh verdiyi borc pulların qaytarılmasını tələb etməyə başlamış, o isə aldığı borcu tam şəkildə qaytaracağına söz vermişdir. xx xxxxxx 2015-ci ildə iddiaçı qaynanası ilə birgə 720 manat borc pul istəmiş və elə həmin vaxt tez bir zamanda bankdan pul götürüb borcunu tam şəkildə geri qaytaracağını bildirmişdir. Təxminən 2019-cu ilin yanvar ayında yenidən maddi vəziyyətlərinin pis olmasını, pula ehtiyacları olmasını əsas gətirərək ondan kömək istəmişlər. Bu dəfə Cavabdeh 600 və 300 manat olmaqla, cəmi 900 manat borc pul vermişdir. Elə həmin vaxt Xəyalə söz vermişdir ki, ən geci üç ay müddətinə borcunu bağlayacaq. 2018-2019-cu illərdə o, Cavabdeh 7000 manat borc pul vermişdir. Sonuncu dəfə 2020-ci ilin aprel ayında qızı Minirə Xəyalədən götürdüyü borcları qaytarmasını israrla tələb edəndən sonra, 200 manat geri qaytarmışdır. İndiyə kimi ona və ailə üzvlərinə qalan borcun qaytarılmasını dəfələrlə bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Cavabdehin ona cəmi 23200 manat borcu var. Cavabdeh həmin pulu götürdüyünü etiraf edir və ödəməyə hazır olduğunu bildirir, lakin reallıqda heç bir ödəniş etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 2015-ci ildə mərhum atası iddiaçıdan 13000 manat pul almışdır. Həmin borcu 2017-ci ildə atası iddiaçıya qaytarmışdır. Atası yazmağı bilmədiyi üçün borc alarkən qəbzləri o yazaraq imzalamışdır. İddiaçının iddia ərizəsinə əlavə etdiyi qəbzlərin hamisi onun tərəfindən imzalanmışdır. Lakin, o, borcunu qaytardığı üçün iddianı əsassız hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Cavabdeh (Şəlalə) Nəbi qızı tərəfindən verilmiş qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan cəmi 16400 (600+300+720+300+760+120+13600) manat pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçı cavabdehə 16400 manat məbləğində pul vermiş, Cavabdeh həmin pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçıdan 13000 manat pul aldığını və həmin məbləği qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı oğlunun xeyrinə 16400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16400 (on altı min dörd yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1888/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1888/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver