Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1893/2023 29.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 5,000 manat borc pul və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçıMMC-nin direktoru X1 şəxsində bir tərəfdən (bundan sonra “Borc verən” adlandırılacaq) və digər tərəfdən Azərbaycan Respublikasının vətəndaşı A.S.A. Cavabdeh (Ş.V: AZE ********) arasında 07 oktyabr 2022-ci il tarixli arasında 5000 (beş min) Azərbaycan manatı məbləğində borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin 1.1-ci maddəsinə əsasən “Borc verən” 5000 manat məbləğində pul .əsaitinə mülkiyyət hüququnu (bundan sonra “Borc” adlandırılacaq) “Borc alana” verməyi, "Borc alan” isə borcu müqavilənin şərtlərinə uyğun olaraq “Borc verənə” geri qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 2.1 -ci maddəsinə əsasən bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 1 (bir) il ərzində tam həcmdə akt əsasında, həmçinin müqavilənin şərtlərinə əsasən “Borc alan” borc məbləğini vaxtından əvvəl də 'Borc verənə” geri qaytara bilər. Lakin borclu müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, yəni 5000 manat əsas borcu indiyədək ödəməmiş, bununla da borc müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 003-22 №li kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh (VÖEN **********) 5000 manat məbləğində pul vəsaiti verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Kredit məbləğini də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə almışdır. Qeyd olunanlar əsasında müəyyən olunur ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Bu səbəbdən hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 26.1, 32.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı-nin Cavabdeh qarşı borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1893/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1893/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver