Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1906/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2019-cu il 31 may tarixli kredit müqaviləsi üzrə 6,361.01 manat əsas borc, 224.52 manat faiz və 1.01 manat cərimə borcu olmaqla, cəmi 6,586.54 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus olan Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 3 otaqlı, 55.98 m2 ümumi, 40.23 m2 yaşayış, 15.75 m2 yardımçı sahədən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq həracdan satılması və borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və Banka təhvil verilməsi, Məhərəm Soltanovla İddiaçı arasında bağlanmış 31 may 2019-cu il tarixli Baş kredit müqaviləsinin və 31 may 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2019-cu il 31 may tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 36 %-lə 120 ay müddətinə 25,000 manat məbləğində kredit limiti verilmişdir. 2019-cu il 31 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Bərdə” filialından illik 21 %-lə 36 ay müddətinə 15,000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 3 otaqlı, 55.98 m2 ümumi, 40.23 m2 yaşayış, 15.75 m2 yardımçı sahədən ibarət 3 nömrəli evin 8 nömrəli mənzili 2019-cu il 31 may tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2019-cu il 31 tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.8-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin gündəlik 0.1 % faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il avqustun 08-dək Cavabdeh1 2019-cu il 31 may tarixli kredit müqaviləsi üzrə banka 6,361.01 manat əsas, 224.52 manat faiz və 1.01 manat cərimə borcu olmaqla cəmi 6,586.54 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. İddiaçının nümayəndəsi Mirumud Seyidov məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, onlar iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" İKB ASC-nin “Bərdə” filialı ilə Cavabdeh1 arasında 2019-cu il 31 may tarixli Baş kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 36 %-lə 120 ay müddətinə 25000 manat məbləğində kredit limiti verilmişdir. 2019-cu il 31 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 21 %-lə 36 ay müddətinə 15,000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 31.05.2019-cu il tarixli 12-BİZ-1-0-49-19 nömrəli ipoteka müqaviləsi ilə sonuncu, özünə məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 3 otaqlı, 55.98 m2 ümumi, 40.23 m2 yaşayış, 15.75 m2 yardımçı sahədən ibarət 3 nömrəli evin 8 nömrəli mənzili bazar dəyəri 25,000 manat müəyyən edilməklə kredit müqaviləsi üzrə təminat olaraq Bank qarşısında yüklü etdirmişdir. Həmin yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC tərəfindən Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 3 otaqlı, 55.98 m2 ümumi, 40.23 m2 yaşayış, 15.75 m2 yardımçı sahədən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinin bazar dəyəri 28,000 manat, likvid dəyəri 20,000 manat müəyyən edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, 06 avqust 2021-ci il tarixə Cavabdeh1 Banka 31 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6,361.01 manat əsas, 224.52 manat faiz borcu var, 1.01 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 319.1. Borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Bank tərəfindən Cavabdeh1 31 may 2019-cu il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə, illik 21 % ödəmək şərti ilə 15,000 manat məbləğində kredit verilmiş, bunun təminatı olaraq Cavabdeh2 özünə məxsus mənzili Bank qarşısında ipoteka ilə yüklü etdirmişdir. Cavabdeh1 tərəfindən müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində borc yaranmışdır və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçının cavabdehdən yaranmış borcu tələb etmək və tutmanın ipoteka predmetinə yönəltməsini tələb etmək hüququ yaranmışdır. Əsas və faiz borcunun düzgün hesablanmaması, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, yaranmış borc, habelə məhkəmə xərcləri Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka predmeti olan, Cavabdeh2 məxsus mənzilə yönəldilməli, mənzil hərracdan satılmalı və mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənilməlidir. Mənzil satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh2 mənzili boşaldılmaqla mənzildən çıxarılmalı və onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdeh1la iddiaçı arasında başlanmış kredit müqavilələri ləğv edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, ipoteka predmetinin ilkin satış qiyməti kimi "xxxx" MMC tərəfindən likvid dəyər olaraq müəyyən edilən 20,000 manat müəyyən edilməlidir. Belə ki, tərəflər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. İddia ərizəsində satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qeyd edilsə də, qətnamənin qalan hissədə icrası zatən qanunvericiliyin tələblərinə uyğun icra edildiyindən bunun qətnamənin qət etdi hissəsində qeyd edilməsi zərurəti yoxdur. Bundan başqa iddia ərizəsində mənzilin Banka təhvil verilməsi qeyd edilsə də, məhkəmə hesab edir ki, bu, qanunvericiliklə nəzərdə tutulmadığından həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 31 may tarixli 2019-cu il 12-BİZ-1-0-49-19 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 6,361.01 manat əsas, 224.52 manat faiz borcu və 1.01 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının əvəzi, cəmi 6,656 (altı min altı yüz əlli altı) manat 54 (əlli dörd) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 3 otaqlı, 55.98 m2 ümumi, 40.23 m2 yaşayış, 15.75 m2 yardımçı sahədən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməklə həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilsin. Yevlax şəhəri, İ.Dəmirov küçəsi, 3 otaqlı, 55.98 m2 ümumi, 40.23 m2 yaşayış, 15.75 m2 yardımçı sahədən ibarət 3 nömrəli evin 8 nömrəli mənzilinin ilkin satış qiyməti 20,000 (iyirmi min) manat müəyyən edilsin. Bu mənzil satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh2 həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməklə çıxarılsın və onun tərəfindən mənzil boşaldılsın. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2019-cu il tarixli 12-BİZ- 1-0-49-19 nömrəli kredit verilməsinə dair razılaşma və 31 may 2019-cu il tarixli 12-BİZ-1-0- 49-19 nömrəli Baş kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin dəyəri 150 (bir yüz əlli) manat Cavabdeh1 "xxxx" MMC-nin hesabıma köşürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1906/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1906/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver