Məhkəmə qərarları › İş №2(039)-1913/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1913/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1913/2022 25.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi- vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh televizorun krediti üçün onun əvəzinə ödədiyi 1040 manat pulun, məhkəmə üçün 32 manat dövlət rüsumu məbləğinin, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 100 manat pulun cəmi 1172 manat pulun alınıb ona varilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan iddiaçının Vəkil iddia həcminin azaldılması barədə ərizəsində 1056 manat pulun, məhkəmə üçün 32 manat dövlət rüsumu məbləğinin, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 100 manat pulun cəmi 1188 manat pulun Cavabdeh alınıb İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə yaxından tanış olmaqla münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin sentyabr ayında Cavabdeh bacısına cehiz üçün plazma televizor almaq istədiyini, tanış marketlərin birindən kredit kimi öz adına televizor götürüb ona verməsini və kreditini isə o, özü ödəyəcəyini bildirmiş o da tanıdığı və etibar etdiyi bir adam kimi onunla razılaşmış və Mingəçevir şəhəri AzDEES yaşayış massivində yerləşən tanışı Əli Namazovun işlətdiyi “LG Elektroniks” mağazasından xx.xx.2021-ci il tarixdə TV LG 49 NAMO 866 NA mobelli plazma televizor alıb cavabdehə vermişdir. Mağazanın satıcısı Əli Nazmzovla onun arasında xx.xx.2021-ci il tarixli MLG091088 saylı nisyə satış müqaviləsi bağlanaraq ödəniş cədvəli tərtib olunmuşdur. Müqaviləyə görə televizorun qiyməti 1434 manat olmaqla ödəniş müddəti 6 aylıq, hər ay üçün ödəniş 239 manat müəyyən edilmişdir. İlkin ödəniş kimi 200 manat, aylıq ödənişin isə cavabdeh cəmi 2 ayını (478) manat ödəmiş, sonra ödəniş etmədiyi üçün qalan 4 ayın pulunu 956 manat o özü ödəmişdir. Bundan başqa cavabdeh sözügedən televizoru almamışdan əvvəl, yəni 2021-ci ilin sentyabr ayının əvvələrində ondan borcu kimi 100 manat pulu qısa müddətdə qaytarmaq adı ilə almış, lakin qaytarmamışdır. O, televizorun kredit ödənişini “KapitalBank”dan aldığı “BirKart” vasitəsilə ödəmişdir. Cavabdehdən televizor üçün ödədiyi 1040 manat və borc kimi verdiyi 100 manat pulu qaytarılmasını xahiş və tələb etsə də, hər dəfə ona pulunun qaytaracağını deyə-deyə bu günə qədər ona çatası pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəs-vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək, xx.xx.2022-ci il tarixdə keçirilələn məhkəmə iclasına yas yerinin olduğu üçün gələ bilməcəyini və məhkəmə iclasını başqa vaxta keçirilməsini xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında həqiqətən sözügedən televizoru iddiaçının adına rəsmiləşdirilməklə nisyə aldığını, həmin televizorun aylıq ödənişinin 2 aylığının yəni 478 manatının reallıqda iddiaçı tərəfindən ödənildiyini, qeyd olunan 100 manat pulun isə İddiaçı tərəfindən ona borc olaraq yox, bir dost kimi verildiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2021-ci il MLG091088 saylı nisyə satış müqaviləsinin ödəniş cədvəlindən görünür ki, İddiaçı 6 ay müddətinə, aylıq 239 manat ödəmək şərti ilə 1434 manat dəyərində olan TV LG 49 NAMO 866 NA modelli plazma televizor verilmişdir. “KapitalBank” vasitəsi ilə ödəniş etmiş olduğu qəbzlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 239 manat, xx.xx.2022-ci il tarixdə 239 manat, xx.xx.2022-ci il tarixdə 239 manat, xx.xx.2022-ci il tarixdə 239 manat, xx.xx.2022-ci il tarixdə 239 manat və xx.xx.2022-ci il tarixdə 239 manat olamaqla, cəmi 1634 manat “LG Elektroniks” mağazasına İddiaçı tərəfindən ödəniş edilmişdir. Mingəçevir şəhər Mənzil İstismar sahəsinin 316 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 22, mənzil 3-da yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəyə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddənin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəyə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 1114.1-ci maddəyə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə Cavabdeh iddiaçı ilə şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlayaraq İddiaçı ümumi dəyəri 1040 manat olan modelli plazma televizor almış, habelə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən televizorun dəyərinin yalnız 2 aylıq ödənişinin iddiaçı tərəfindən ödənildiyini, habelə aralarında borc münasibətlərinin yaranmadığını qeyd etsə də, iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı isə sözügedən televizorun aylıq ödənişlərini ödəməsi barədə müvafiq qəbzləri məhkəmə təqdim etmişdir. Göründüyü kimi mülki qanunvericilikdə başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun mövcud olduğundan İddiaçı Cavabdeh qarşı belə bir iddia qaldırmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1056 manat məbləğində pul və hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 100 manat pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1056 (min əlli altı) manat məbləğində pulun, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 100 (bir yüz) manat pulun və dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar