Məhkəmə qərarları › İş №2(039)-1914/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1914/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1914/2022 25.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 paltaryuyan maşının alqı-satqısı üçün ödədiyi 960 manat pulun, məhkəmə üçün 30.60 manat dövlət rüsumu məbləğinin, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 100 manat pulun cəmi 1090.60 manat pulun alınıb ona varilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin sonradan İddiaçı iddia həcminin azaldılması barədə ərizəsində cavabdehə satdığı “Quiks” markalı paltaryuyan maşına münasibətdə iddia həcmini azaldaraq həmin əşyaya görə Cavabdeh1 380 manat tutulmasını qalan tələbinin isə dəyişməz olduğunu bildirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Vergi ödəyicisi kimi uçotda və sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq paltaryuyan maşın və digər məişət avadanlıqlarının alıq-satqısını öz mağazasında həyata keçirir. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ondan bir ədəd qiyməti 730 manat olan 08 kq tutumlu “Quiks” markalı paltaryuyan maşın almış, ilkin ödənişi kimi 300 manat ödəniş və bundan başqa bir ədəd qiyməti 590 manat olan 06 kq tutumlu bir “Arçelik” markalı paltaryuyan maşın almış və ilkin ödəniş kimi 60 manat ödəmişdir. Cavabdeh qısa müddətdə qalan məbləğləri ödəməyi öhdəsinə götürsə də bu günə qədər 10 aydır ki, aldığı malların pulunu ödəmir. Cavabdehin ona hal-hazırda 960 manat borcu var. Dəfələrlə pulunu istəsə də, qaytaracam narahat olma deyib lakin borcunu ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəs-vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək izahatında iddiaçıdan 730 manat və 590 manat dəyərində “Quiks və Arçelik” markalı paltaryuyan maşınlar aldığını, lakin buna görə iddiaçıya olan borcunun tam şəkildə ödədiyini qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.20204-cü il tarixli ********** saylı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydə alınmışdır. Mingəçevir şəhər Mənzil İstismar sahəsinin 2 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 13A, mənzil 8-da yaşayır. xx.xx.2022-ci il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı vəkili Vəkil hesabına 100 manat pul ödəmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1914/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Məhkəmənin icraatında olan 2(039)-1914/2022 nömrəli mülki iş üzrə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair İddiaçı qarşısında pul tələbi hissəsi ayrıca icraata ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəyə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddənin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739-cu maddəyə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə Cavabdeh1 iddiaçı ilə şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlayaraq İddiaçı dəyərləri müvafiq olaraq 730 və 590 manat olan “Quiks” və “Arçelik” markalı 2 ədəd paltaryuyan maşın almış, habelə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən paltaryuyan maşınları iddiaçıdan nisyə alqı-satqı əsasında alaraq dəyərini ödədiyini bildirsə də, iddiaçı qarşısında öhdəliyini tam icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiaçı təkrar ərizəsində isə cavabdehin “Quiks” markalı paltaryuyan maşına görə 380 manat, “Arçelik” markalı paltaryuyan maşına görə isə 530 manat cəmi 910 manat borcunun qaldığını cavabdehin isə həmin borcu bu günədək ödənilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vəkil xidmətlərinə görə 100 manat ödəməsi barədə qəbzi məhkıəməyə təqdim etsə də, iddiaçının məhkəmənin icratında iki müxtəlif şəxsə qarşı iddiasına baxıldığından, habelə hər iki şəxsə qarşı onun vəkili qismində Vəkil bir order və etibarnamə əsasında çıxış etdiyindən sözügedən məbləğ cavabdehlər arasında bölünməli və hazırki iş üzrə Cavabdeh1 buna görə 50 manat pul tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə “Quiks” markalı paltaryuyan maşına görə 380 manat, “Arçelik” markalı paltaryuyan maşına görə isə 530 manat cəmi 910 manat pul və hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 50 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh1 “Quiks” markalı paltaryuyan maşına görə 380 manat, “Arçelik” markalı paltaryuyan maşına görə isə 530 manat cəmi 910 manat, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 50 (əlli) manat və dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar