Məhkəmə qərarları › İş №2(039)-1915/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1915/2020

17.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1915/2020 17.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı cavabdehin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış Yevlax rayonu Ərəş kəndində yerləşən daşınmaz əmlakın (2011-2015-ci illər üzrə 4 nömrəli təsərrüfatbaşına kitabın 51-ci səhifəsində 1973-cü ildə inşa olunmuş bir mərtəbəli, ümumi sahəsi 94 kv.m olan fərdi yaşayış evi və 0,28 hektar həyətyanı torpaq sahəsinə dair) invertarlaşdırması məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədən cavabdeh X5 qanunsuz və əsassız hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X12 mərhum qardaşı X8 həyat yoldaşıdır. Onların birgə nikahdan bir övladları vardır. Hazırda cavabdehin övladı ilə birlikdə yaşadığı Yevlax rayonu Ərəş kəndində yerləşən fərdi yaşayış evi mərhum X2na məxsus olmuşdur. X2 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdə o, subay idi və anasından qalmış mirası-qeyd edilən fərdi yaşayış evini qəbul edərək mirasa sahiblik etmiş və miras əmlakı faktiki olaraq idarə etmişdir. Odur ki, o, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində mirası qəbul etmiş vərəsədir. Həmin daşınmaz əmlak, mərhum anası Qənirə Şirinovaya məxsus olmaqla, ondan miras qalmasına baxmayaraq hal-hazıradək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. O, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X15 dəfələrlə müraciət etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə və xx xxxxxxxx 2020-ci il tarixlərdə imtina məktubu ilə ona bildirilmişdir ki, Yevlax rayonu Ərəş kəndində yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi 0,28 ha torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi mühəndisinventarlaşdırıcısı Ü.Abuzərov ərizədə qeyd olunan ünvana gedərək yerində müayinə baxışı keçirilən zaman mübahisə yarandığı üçün müayinəyə şərait yaradılmamış və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Mübahisəni cavabdeh X12 yaradır və o, bunu məqsədli şəkildə edir ki, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasın və mərhum anasının qanun üzrə vərəsələri mirasda paylarını əldə edə bilməsinlər. Cavabdeh qeyd edilən hərəkətləri ilə vərəsə olaraq onun hüquqlarını pozur və mənafeyinə mühüm ziyan vurur. O, cavabdehə müraciət edərək invertarlaşdırma məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədilməsinə son qoyulmasını tələb etmiş və cavabdeh isə həmin hərəkətlərinə son qoymamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 izahatında bildirdi ki, xx.xx.2008-ci il tarixdə X14 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə Aytən adlı övladı anadan olmuşdur. O, ailə həyatı qurduğu gündən Yevlax rayonunun Ərəş kəndində həyat yoldaşının ailəsinə məxsus evdə yaşamışdır. Həyat yoldaşı Adil xx.xx.2018-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra da o, həmin evdə yaşamışdır. X1 xx.xx.2011-ci ildə vəfat etmişdir. Qaynanası vəfat edəndən sonra da o, həmin evdə İddiaçı ilə birgə yaşamışdır. Təxminən 1 il sonra baldızı-iddiaçı ailə həyatı quraraq ərə getmişdir. İddiaçı ailə həyatı qurduqdan sonra həmin evdə yaşamayıb. Qaynanası və həyat yoldaşı sağ ikən ailəsi İddiaçı adına Mingəçevir şəhərində 3 otaqlı mənzil almışlar və razılığa gəlmişlər ki, mənzili ona aldıqdan sonra həmin yaşadığı ev onun həyat yoldaşı Adilə qalacaqdır. Aralarında belə bir razılaşma olmuşdur. O, evin sənədləşmə işlərinin aparılmasına etiraz etmir, sadəcə savadı olmadığı üçün onun yaşadığı evdən çıxarılacağını güman etmiş və səlahiyyətli orqanın nümayəndələrinə evə və torpaq sahəsinə baxış keçirməyə mane olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan JN:326A KOD 90113018 saylı “torpağın mülkiyyətə verilməsinə” dair şəhadətnamədən müəyyən edilir ki, Yevlax rayonu X4 xx.xx.1998-ci il tarixli 27 nömrəli qərarı ilə Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,28 hektar həyətyanı torpaq sahəsi Qənirə Şirinovanın və onun ailə üzvlərinin, o cümlədən İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X13 İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019cu il və xx xxxxxxxx 2020-ci il tarixli məktublarından görünür ki, Yevlax rayonu Ərəş kəndində yerləşən 0,28 ha torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılması, yerində müayinə baxışı keçirilən zaman mübahisə yarandığı üçün mümkün olmamışdır. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində 0,28 ha həyətyanı torpaq sahəsi var, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur, cavabdeh Ətlaz Şirinova iddiaçının mərhum qardaşı Adil Şirinovun arvadıdır və həmin evdə yaşayır, evin və torpaq sahəsinin inventarlaşdırma prosesinə maneəçilik törədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçının və digərlərinin ümumi birgə mülkiyyətində olan, Yevlax rayonu Ərəş kəndində yerləşən 0,28 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılmasına maneəçilik törədən cavabdehin hərəkətləri qanunsuz hesab edilməli və belə hərəkətlərin edilməsi cavabdehə qadağan edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı və digərlərinə məxsus, Yevlax rayonu Ərəş kəndində yerləşən 0,28 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılması məqsədi ilə daşınmaz əmlaka baxış keçirilərkən maneəçilik törədən cavabdeh X5 hərəkətləri qanunsuz hesab edilsin və belə hərəkətlərin edilməsi cavabdeh X7 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar