Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1924/2022 20.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1678 manat məbləğində pulun və 37.18 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona məxsus olan bank kartını qanuzsuz yolla ilə ələ keçirərək həmin kartdan 7 ay müddətində cəmi 1678 manat pul çıxararaq mənimsəmişdir. Bu barədə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cavabdehin ona məxsus kardan pul çıxararaq mənimsəməsi öz əksini tapmışdır. Lakin cavabdeh pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, İddiaçı əvvələr onunla yaxın münasibətləri olaraq rəfiqə olmuş, dəfələrlə pul ehtiyacı olduğu üçün iddiaçıya müxtəlif vaxtlarda qaytarmaq şərti ilə borc pul vermiş, bu səbəbdən də iddiaçı özü künülü olaraq öz əmək haqqı kartını ona verərək borcunun həmin kartdan hissə-hissə çıxarılmasını xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, sonradan iddiaçı sözügedən bank kartını bağladığından məhkəmədə sonuncuya qarşı iddia qaldırdığından hazırda bu formada iddia qaldırmış, İddiaçı kartını ona olan borcunun qaytarılması üçün könüllü verdiyindən və iddia tələbi əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı əvvələr bacısı Ləman Musayeva ilə yaxın münasibətləri olmuş və onunla rəfiqə olmuş, dəfələrlə pul ehtiyacı olduğu üçün bacısı Ləmandan müxtəlif vaxtlarda qaytarmaq şərti ilə borc pul almış, borcun yalnız birinə dair (1000 manat borca görə) iddiaçıdan qəbz alınmış (hazırda həmin borcun ümumi məbləği təxminən 6500 manat təşkil edir), sonradan iddiaçı özü künülü olaraq öz əmək haqqı kartını bacısı Ləman Musayeva verərək ona olan borcunu həmin kartdan hissə-hissə çıxarılmasını xahiş etmişdir. İddiaçının bacısına olan borcunu qaytarmamaqdan ötəri bu yola əl atdığını və iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallarda olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərardan görünür ki, təqdim olunmuş kompakt diskdəki foto şəkillərlə və ödəniş kartı üzrə çıxarış aparılmış üzləşdirmə zamanı müəyyən olundu ki, görüntülərdə foto şəkilləri əks olunmuş Cavabdeh İddiaçı məxsus olan 416974******1942 nömrəli hesabından bankomat vasitəsi ilə 7 dəfə olmaqla, cəmi 1678 manat məbləğində plastik kartdan pul çıxarmışdır. Sözügedən məbləğlər xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 241 manat, xx.xx.2020-ci il tarixdə 242 manat, xx.xx.2021-ci il tarixdə 236 manat, xx.xx.2021-ci il tarixdə 236 manat olmaqla cəmi 1678 manat təşkil edir. Yevlax Rayon Məhkəməsinin 2(039)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 268 manat borc və 30.40 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşin araşdırılan hallarından görünür ki, iddiaçıya məxsus olan bank kartından cavabdeh ümumilikdə 1678 manat məbləğində pul çıxarmış və nəticədə əsassız olaraq varlanmışdır. İddiaçı sözügedən pulu tələb etdiyi halda Cavabdeh həmin pulu məbləğini iddiaçıya qaytarmalı olsa da, üzərinə qoyulan öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1678 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37.18 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1678 (bir min altı yüz yetmiş səkkiz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1924/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1924/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver