Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1925/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, əmisi xx.xx.1960-ci ildə anadan olmuş X4 1998-ci il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, 13 iyun 1960cı ildə doğulmuş X10 onun əmisidir. X20 Yevlax rayonunun Qaramanlı kəndində yaşamış və ailə qurmamışdır. X23 1998-cilin avqust ayında işləmək məqsədi ilə Rusiya Federasiyasının Tula şəhərinə getmək adı ilə evdən getmiş və həmin vaxtdan onunla əlaqə kəsilmişdir. Həmin vaxtdan sonra X20la əlaqə yaratmağa çalışsalar da, bu mümkün olmamışdır. Əmisinin itkin düşməsi barədə Yevlax rayon Polis Şöbəsinə müraciət etmiş, əmisinin axtarılması üçün zərurə tədbirlər həyata keçirilmiş, lakin əmisinin yerini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi əmisindən miras qalmış əmlaka vərəsə tanınması üçün zəruridir. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Yevlax rayon Qaramanlı kənd İƏD üzrə nümayəndəliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Maraqlı şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini uzun müddətdir ki, tanıyır. Ərizəçinin əmisi X6 da tanımışdır. Belə ki, ərizəçinin X20la həmkəndli və qonşu olmuşdurlar. Aydın Məmməd 1998-cilin avqust ayında işləmək məqsədi ilə Rusiya Federasiyasının Tula şəhərinə getmək adı ilə evdən getmiş və həmin vaxtdan onunla əlaqə kəsilmişdir. Həmin vaxtdan sonra qohumları Aydın Məmmədovla əlaqə yaratmağa çalışsalar da, bu mümkün olmamışdır. Ərizəçi əmisinin itkin düşməsi barədə Yevlax rayon Polis Şöbəsinə müraciət etmiş, Aydın Məmmədovun axtarılması üçün zərurə tədbirlər həyata keçirilmiş, lakin onun yerini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçini uzun müddətdir ki, tanıyır. Ərizəçinin əmisi X6 da tanımışdır. Belə ki, ərizəçinin X20la həmkəndli və qonşu olmuşdurlar. Aydın Məmməd 1998-cilin avqust ayında işləmək məqsədi ilə Rusiya Federasiyasının Tula şəhərinə getmiş və həmin vaxtdan onunla əlaqə kəsilmişdir. Həmin vaxtdan sonra qohumları Aydın Məmmədovla əlaqə yaratmağa çalışsalar da, bu mümkün olmamışdır. Ərizəçi əmisinin itkin düşməsi barədə Yevlax rayon Polis Şöbəsinə müraciət etmiş, Aydın Məmmədovun axtarılması üçün zərurə tədbirlər həyata keçirilmiş, lakin onun yerini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X10 13 iyun 1960-cı il tarixdə Yevlax rayonunun Qaraməmmədli kəndində doğulmuşdur, atası X8, anası X5r. İşdə olan Maraqlı şəxs1 tərəfindən verilmiş 17 aprel 2024-cü il tarixli arayışdan görünür ki, X9 02 yanvar 1952-ci il tarixdə Yevlax rayonunun Qaramanlı kəndində doğulmuşdur, atası Binnət Məmmədov, anası X5r. İşdə olan Yevlax rayon Qaramanlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixlidoğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1987-ci ildə doğulmuşdur, atası X7, anası X2r. İşdə olan Yevlax ŞİHB-nın Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfinfdən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X10 1998-ci ildən Rusiya Federasiyasına getmiş və bu günə qədər onun haqqında heç bir məlumat yoxdur. İşdə olan Yevlax RPŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Ərizəçi xx.xx.2022ci il tarixdə Yevlax RPŞ-nə müraciət edərək əmisi X4 1996-ci ildə Qaramanlı kəndindən çıxıb Rusiya Federasiyasına getdiyini, indiyədək onun barəsində heç bir məlumatın olmadığını bildirməsi barədə vermiş olduğu ərizə əsasında toplanılmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qohumluq əlaqələrini itirmiş X4 barəsində axtarış və sorğu tədbirləri keçrilməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə şöbəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Qrupuna göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-3603/2024 saylı məktubundan məlum olur ki, X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-117/2-19892/2024 saylı məktubundan məlum olur ki, qohumluq əlaqələrini itirilməsinə dair xx.xx.2022-ci tarixli qərar icra edilməsi üçün şöbənin QŞVQ-na həvalə edilmişdir. X4 yerinin müəyyən olunması istiqamətində ərtaf rayon (şəhər) polis şöbələrinə istiqamətləndirici sorğular göndərilmiş, lakin onun yerinin müəyyən edilməsinə dair müsbət nəticə əldə edilməmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 13 iyun 1960-cı ildə doğulmuş X10 1998-ci ilin avqust ayında yaşadığı Yevlax rayonunun Qaramanlı kəndindən çıxıb getmiş və həmin tarixdən hazırkı vaxtadək olnun barəsində heç bir məlumat yoxdur. Həmin vaxtdan sonra ərizəçi X20la əlaqə yaratmağa çalışsa da, bu mümkün olmamışdır. Ərizəçi əmisinin itkin düşməsi barədə Yevlax rayon Polis Şöbəsinə müraciət etmiş, əmisinin axtarılması üçün zərurə tədbirlər həyata keçirilmiş, lakin əmisinin yerini müəyyən etmək mümkün olmamışdır. Buna görə də, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Faktın müəyyən edilməsi ərizəçiyə daşınmaz əmlakla bağlı hüqüqlarının həyata keçirilməsi üçün zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə iclasında ərizəçinin izahatından müəyyən edilir ki, X1 dəfə 1998-ci lin avqust aydına yaşadığı ünvanda görünmüş və həmin tarixdən sonra ondan heç bir məlumat olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 iyun 1960-cı il tarixdə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olmuş X10 xəbərsiz itkin düşmüş şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 iyun 1960-cı il tarixdə Yevlax rayonunun Qaraməmmədli kəndində anadan olmuş X10 01 sentyabr 1998-ci il tarixdən xəbərsiz itkin düşmüş şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1925/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1925/2024
10.10.2024 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver