Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1929/2020 06.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, X7 Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) cavabdehlər Cavabdeh, X2, Əliyeva Bənövşə Asif qızına və X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh, Mərcan Dəmirovaya, Bənövşə Əliyevaya və Yusif Əliyevə qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 4,918.46 ABŞ dolları məbləğində əsas, 3,614.39 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8,532.85 ABŞ dolları məbləğində kredit borcunun və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə əmrin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. X4 etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixli L-MN- 0032570F saylı kredit müqaviləsi, birgə borcluluq və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 30 faiz dərəcəsini tətbiq etməklə 6,250 ABŞ dolları məbləğində “investisiya” məqsədi ilə kredit verilmişdir. Kreditin ödənilməsi təminatı məqsədilə borclunun zaminlər Mərcan Dəmirova, Bənövşə Əliyeva və Yusif Əliyev xx xxxxxx 2014-cü il tarixli L-MN-0032570F saylı zaminlik və birgə borcluluq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi bağlandığı müddətdən 6,250 ABŞ dolları məbləğində əsas borcundan 1,331.54 ABŞ dolları və müqavilənin 6.1 bəndinə əsasən hesablanmış faiz borcundan 1427.29 ABŞ dolları cərimə borcu 465.30 ABŞ dolları, cəmi 3,224.13 ABŞ dolları məbləğini təşkil edən hissəsinin ödənişni həyata keçirmişdir. Beləliklə, hal-hazırda cavabdehlərdən təşkilata ödənilməmiş 4,918.46 ABŞ dolları məbləğində əsas, 3,614.39 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8,532.85 ABŞ dolları məbləğində borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh, Bənövşə Əliyevaya və Yusif Əliyevə iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin, habelə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Mərcan Dəmirova iddianı qəbul etməyərək bildirmişdir ki, kredit əsas borclu Cavabdeh verilmiş və onun tərəfindən qismən də olsa ödənilmişdir. Bu səbəbdən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim olunan BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış L-MN-0027489-F nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin, eyni tarixli birgə borcluluq və zaminlik müqavilələrinin surətləri, maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 6,250 ABŞ dolları məbləğində kredit verilmiş, Mərcan Dəmirova zamin olaraq, Bənövşə Əliyeva və Yusif Əliyev isə birgə borclu olaraq birgə məsuliyyət daşımağı öhdələrinə götürmüş, lakin cavabdehlər öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Maliyyə arayışında qeyd olunur ki, xx xxxxxx 2014-cü il tarixli L-MN-0032570F saylı kredit müqaviləsi üzrə 4,918.46 ABŞ dolları məbləğində əsas, 3,614.39 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8,532.85 ABŞ dolları məbləğində kredit borcu borcu yaranmışdır. Kredit müqaviləsi üzrə faiz hesablanması xx xxxxxx 2016-cı il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 6,250 ABŞ dolları məbləğində kredit verilmiş, Mərcan Dəmirova zamin olaraq, Bənövşə Əliyeva və Yusif Əliyev isə birgə borclu olaraq birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Cavabdehlər müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia Cavabdeh, habelə birgə borlu olan digər cavabdehlər Bənövşə Əliyevaya və Vasif Əliyevə münasibətdə əsaslıdır. Belə ki, Cavabdeh kredit müqaviləsi üzrə, Bənövşə Əliyeva və Vasif Əliyev isə birgə borclu olaraq üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmişlər. Əsas borc hissəsi ilə bağlı məhkəmə hesab edir ki, əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə tələb əsaslıdır. Məhkəmə xərci 20 manat cavabdehlər Cavabdeh, Mərcan Dəmirovadan, Bənövşə Əliyevadan və Yusif Əliyevdən iddiaçının, ödənilməli olan 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Cavabdeh Mərcan Dəmirovaya münasibətdə qeyd olunmalıdır ki, zaminlik müqavilələrinin 3.2 şərtinə görə, zaminlik müqaviləsi borclu tərəfindən müqavilə üzrə bütün öhdəliklərin tam icra olunanadək qüvvədədir. İstinad edilən kredit müqaviləsinin müddəti xx xxxxxx 2016-ci il tarixdə bitir və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə yalnız xx xxxxxx 2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə, Mülki Məcəllənin 477.0.4 maddəsini tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürmədiyindən istinad edilən kredit müqaviləsi üzrə cavabdeh Mərcan Dəmirovanın zaminliyinə xitam verilmiş hesab edilməli və iddia ona qarşı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Əliyeva Bənövşə Asif qızından və X3 müştərək qaydada 4,918.46 ABŞ dolları məbləğində əsas, 3,614.39 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8,532 (səkkiz min beş yüz otuz iki) ABŞ dolları 85 (səksən beş) sent ödənilən günə məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat X7 Kredit Təşkilatı “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 10 (on) manat dövlət rüsumu cavabdehlər Cavabdeh, Əliyeva Bənövşə Asif qızından və X3 müştərək qaydada dövlət büdcəsi xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1929/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1929/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver