Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1935/2023 27.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Hacıağa oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı 14 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş əvvəlki 120 manat aliment məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(039)-615/2022 saylı qətnaməsinə əsasən 14 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh Hacıağa oğlundan tutularaq ödənilməsi qət edilmişdir. Müəyyən olunmuş aliment məbləği hazırkı dövr üçün çox azdır. Bu məbləğlə uşağını saxlaya bilmir. Həmin məbləğlə uşağının yeməyini almaq belə mümkün deyildir. Övladının xərcləri ciddi şəkildə artmışdır. Cavabdehin verdiyi aliment məbləği isə heç bir halda uşağımın saxlanmasını təmin etmir Bu səbəbdən də, Cavabdeh Hacıağa oğlunun uşağın saxlanılması üçün faktiki olaraq kifayət qədər yüksək maddi imkanının olmasını nəzərə alaraq aliment məbləğinin artırılması ilə bağlı hazırkı iddianı qaldırmışdır. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda heç yerdə işləmir, əlilliyə görə pensiya alır, himayəsində başqa nikahdan övladı vardır. Hər hansı digər gəliri yoxdur. Məhkəmə qərarı əsasında təyin edilmiş alimenti ödəmək iqtidarında belə deyil. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 2(039)-615/2022 saylı, 30 mart 20222-ci il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(039)-3510/2017 saylı Cavabdeh Hacıağa oğlundan 14 iyul 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyi, onun yaşı artmaqla saxlanması üçün xərclərinin, habelə 2023-cü il üçün uşaqlarla bağlı yaşayış minimumunun məbləğinin də artması nəzərə alınmaqla cavabdehdən tutulmalı olan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh əlildir, əlilliyə görə 220 manat pensiya alır, habelə himayəsində daha bir yetkinlik yaşına çatmayan övladı vardır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, aliment məbləği 140 manat həddində müəyyən edilməlidir. Mediasiya xərcinin yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 30 mart 2022-cı il tarixli 2(039)-615/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh Hacıağa oğlundan 14 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 25 (iyirmi beş) manat Cavabdeh Hacıağa oğlundan İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1935/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1935/2023
27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver