Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1947/2020 12.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh (Sultanov Ruslan) Saday oğluna qarşı «borcun qaytarılması və girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh (Sultanov Ruslan) Saday oğluna qarşı «borcun qaytarılması və girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (Sultanov Ruslan) Saday oğlundan əsas borc üzrə 747.74 ABŞ dolları, faiz borcu üzrə 151.30 ABŞ dolları olmaqla, cəmi 899.04 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh (Sultanov Ruslan) Saday oğluna məxsus olan 583 əyyar olan bir ədəd imperial qulplu onluq sikkə, 583 əyyarı olan iki ədəd sep, 583 əyyarı olan bir ədəd aralıq, 583 əyyarı olan iki ədəd üzük, 583 əyyarı olan bir ədəd dəst ümumi çəkisi 51.7 qr olan qızıl-zinət əşyalarına yönəldilərərk açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin BOKT İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh (Sultanov Ruslan) Saday oğluna qaytarılması, satışdan əldə onunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik borc məbləğinin Cavabdeh (Sultanov Ruslan) Saday oğlundan tutulub BOKT İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandamnda nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh (Sultanov Ruslan) Saday oğluna dair sənədlər S-LMK-46 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ilə (bundan sonra Bank) Cavabdeh (Sultanov Ruslan) Saday oğlu (bundan sonra “Borclan”) arasında xx xxxxxxxx 2015-ci il tarixli, 2155 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 24 ay müddətinə 1660 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh (Sultanov Ruslan) Saday oğlu ilə xx xxxxxxxx 2015-ci tarixdə, 2155 saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh (Sultanov Ruslan) Saday oğluna məxsus 583 əyyar olan bir ədəd imperial qulplu onluq sikkə, 583 əyyarı olan iki ədəd sep, 583 əyyarı olan bir ədəd aralıq, 583 əyyarı olan iki ədəd üzük, 583 əyyarı olan bir ədəd dəst ümumi çəkisi 51.7 qr olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank şəxsi məqsədlər üçün “Borcalan”a 1660 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.4,-ci bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən (6.1. bənd) kredit üzrə faizlər 547 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayma görə hər gün illik 22 % hesablanır. X1 10.2-ci bəndinə əsasən “Borc alan” üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,3%-i miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 747.74 ABŞ dolları, faiz borcu üzrə 151.30 ABŞ dolları olmaqla cəmi 899.04 ABŞ dolları məbləği təşkil edir. İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi Süleyman Bəkirov məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və işə qiyabi icraat qaydasında baxıb qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (Sultanov Ruslan) Saday oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (Sultanov Ruslan) Saday oğlu arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 2155 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 22 % dərəcəsini tətbiq etməklə 1660 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh (Sultanov Ruslan) Saday oğluna məxsus 583 əyyar olan bir ədəd imperial qulplu onluq sikkə, 583 əyyarı olan iki ədəd sep, 583 əyyarı olan bir ədəd aralıq, 583 əyyarı olan iki ədəd üzük, 583 əyyarı olan bir ədəd dəst ümumi çəkisi 51.7 qr olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh (Sultanov Ruslan) Saday oğlununəsas borc üzrə 747.74 ABŞ dolları, faiz borcu üzrə 151.30 ABŞ dolları olmaqla, cəmi 899.04 ABŞ dolları məbləğində borcu vardır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 296.1-ci maddəsinə əsasən, Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 299.2-ci maddəsinə əsasən, Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, BOKT İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh (Sultanov Ruslan) Saday oğlundan borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 747.74 ABŞ dolları, faiz borcu üzrə 151.30 ABŞ dolları, cəmi 899.04 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, xx xxxxxx 1982-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi mənzil 167-də qeydiyyatda olan Cavabdeh (Sultanov Ruslan) Saday oğlundan tutularaq BOKT İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh (Sultanov Ruslan) Saday oğluna məxsus 583 əyyar olan bir ədəd imperial qulplu onluq sikkə, 583 əyyarı olan iki ədəd sep, 583 əyyarı olan bir ədəd aralıq, 583 əyyarı olan iki ədəd üzük, 583 əyyarı olan bir ədəd dəst ümumi çəkisi 51.7 qr olan qızıl-zinət əşyalarına yönəldilsin. Cavabdeh (Sultanov Ruslan) Saday oğluna məxsus 583 əyyar olan bir ədəd imperial qulplu onluq sikkə, 583 əyyarı olan iki ədəd sep, 583 əyyarı olan bir ədəd aralıq, 583 əyyarı olan iki ədəd üzük, 583 əyyarı olan bir ədəd dəst ümumi çəkisi 51.7 qr olan qızıl-zinət əşyalar açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına borc və dövlət rüsumu ödənilsin. Satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh (Sultanov Ruslan) Saday oğluna qaytarılsın. Satışdan əldə onunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik borc məbləğinin Cavabdeh (Sultanov Ruslan) Saday oğlundan tutulub BOKT İddiaçı QSC-nin hesabına ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1947/2020
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1947/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver