Məhkəmə qərarları › İş №2(039)-195/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-195/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-195/2020 05.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1330 manat məbləğində pul vəsaitinin və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə, özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etdiyinə və onu qaytarmaqdan qərəzli boyun qaçırdığına görə Cavabdeh əməllərinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, müştəriyə 740 ABŞ dolları məbləğində, xx xxxxxxx 2015-ci il tarixdə bağlanmış müqaviləyə əsasən isə 1550 ABŞ dolları məbləğində lombard kreditləri verilmişdir. Texniki səhv nəticəsində müştəriyə yeni hesab nömrəsi açılmadan eyni ad, soyad, ata adı olan (AZE ********, FİN :xxxxxxx, doğum tarixi xx xxxxxx 1991) Bankın digər müştərisinin, yəni iş üzrə cavabdehin hesab nömrəsi (4058625) üzrə hər iki kredit sistemə daxil edilərək, sistemdə müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq, hər iki kredit müqaviləsi üzrə tərəf olan Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) 1330 (bir min üç yüz otuz) manat məbləğində kompensasiya ayrılmışdır. Kredit sənədlərini imzalayan, girov qoyan və girovu təhvil alan şəxs Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) olduğu halda, bankdakı sistem üzrə bütün məlumatlar ad, soyad, ata adı eyni olan Cavabdeh adına qeyd edildiyinə görə, Azərbaycan Kredit Bürosu reyestrində də cavabdehin adı görünməkdədir. Bu səbəbdən də 1330 (bir min üç yüz otuz) manat məbləğində kompensasiya məbləği səhvən, ayrılan kompensasiya məbləği ilə heç bir əlaqəsi olmayan Cavabdeh verilmişdir. Cavabdeh da, Azərbaycan Kredit Bürosu reyestrində olan texniki səhvdən sui-istifadə edərək, filiala yaxınlaşaraq kompensasiya kartını əldə etmiş və özünə məxsus olmayan 1330 (bir min üç yüz otuz) manat məbləğində pul vəsaitini kart vasitəsilə məxaric etmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh özünə məxsus olmayan pul vəsaitini kompensasiya kartından məxaric etməklə, nəticədə banka maddi zərər vurulması ilə nəticələnən təqsirli hərəkətə yol vermişdir. Qanunun tələbinə görə Cavabdeh 1330 (bir min üç yüz otuz) manat məbləğində pul vəsaitini banka qaytarmaq öhdəliyi daşıyır. Banka vurulmuş maddi zərərin ödənilməsi üçün, dəfələrlə Cavabdeh şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq, cavabdeh pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf etdiyini bildirməklə, bu günə qədər maddi zərəri Banka ödəməkdən yayınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, İddiaçı ASC-dən dəfələrlə kredit götürmüşdür. Kreditini də ödəmişdir. Onun telefonuna zəng gəlmişdir ki, ona kompensasiya hesablanmış və banka yaxınlaşması xahiş olunmuşdur. Banka yaxınlaşan zaman ona bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq ona kompensasiya hesablanmışdır. Şəxsiyyət vəsiqəsini təqdim edərək kart əldə etmiş və həmin kartdan 1330 manat pulu məxaric etmişdir. Kompensasiya ona hesablanmışdır. Belə olmasaydı ona kart verilməzdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2019-cu il tarixli ********* saylı mədaxil qəbzindən məlum olur ki, İddiaçı ASC tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Səyyar Asan9 tərəfindən xx xxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxxxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, S.Musayev küçəsi mənzil 27-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC-nin xx xxxxxxxx 2019-cu il tarixli 667 saylı arayışından məlum olur ki, müştəri Cavabdeh (AZE 01680768, FİN: 220LNYQ, doğum tarixi xx xxxx 1968) xx xxxxxxx 2015-ci və xx xxxxxxx 2015-ci il tarixlərində Yevlax filialının kredit mütəxəssisi olan X3 tərəfindən tarixlərə uyğun olaraq 740 (yeddi yüz qırx) ABŞ dolları və 1550 (bir min beş yüz əlli) ABŞ dolları dəyərində 2 (iki) lombard krediti verilib. Mütəxəssis səhv edərək müştəriyə yeni hesab nömrəsi açmadan eyni ad, familya, ata adı olan (AZE ********, FİN: xxxxxxx, doğum tarixi xx xxxxxx 1991) bankın digər müştərisinin hesab nömrəsi (4058625) üzrə hər iki krediti sistemə daxil edərək rəsmiləşdirib. Kredit sənədlərini imzalayan, girov qoyan və girovu təhvil alan şəxs Cavabdeh (AZE 01680768, FİN 220LNYQ, doğum tarixi xx xxxx 1968) olduğu halda, sistem üzrə bütün məlumatlar digər şəxsin adındadır və təbii olaraq kredit digər şəxsin AKB reystrində görünüb. Həmin şəxsə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019 tarixli fərmanına əsasən 1330 (bir min üç yüz otuz) AZN dəyərində kompensasiya kartı verilib. Müştəriyə bu haqqda məlumat verilsə də bütün vəsaiti xərclədiyini və ödəməkdən imtina etdiyini bildirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2015-ci il tarixli 2491 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 740 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2019-cu il tarixli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləsinə əsasən Cavabdeh ödəniş kartı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2015-ci il tarixli 2550 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 1550 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZE seriyalı 01680768 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh xx xxxx 1968-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, M.Sübhi küçəsi mənzil 54-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2020-ci il tarixli 16-01593-2020 saylı məktubundan məlum olur ki, xx xxxxxx 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Azərbaycan Respublikasında fiziki şəxsiərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh (AZE ********, FİN:xxxxxxx) arasında bağlanmış xx xxxxxxx 2014-cü və xx xxxxxxx 2015-ci il tarixli kredit müqavilələri üzrə sonuncuya müvafiq olaraq 444 manat və 930 manat olmaqla ümumilikdə 1374 manat kompensasiya hesablanmışdır. Müraciətdə adı çəkilən digər şəxsə - Cavabdeh (AZE 01680768, FİN: 220LNYQ) gəlincə isə qeyd edilməlidir ki, onun adı Fərmanın əhatə dairəsinə düşsə də, kompensasiyaların məbləği İddiaçı ASC-yə deyil, başqa banka münasibətdə hesablanmış və həmin məbləğ onun vaxtı keçmiş kredit borclarına yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 2-ci bəndinə əsasən Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və ona kredit verilmişdir. Həmçinin İddiaçı ASC-nin digər müştərisi olan cavabdehlə eyni soy ad, ad və soyad daşıyan Cavabdeh ilə də kredit müqaviləsi bağlanmış və ona da kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə əlaqədar olaraq İddiaçı ASC-nin müştərilərinin hər ikisinə kompensasiya hesablanmış və kompensasiyanın verilməsi üçün zəruri sənədlə dövlət orqanlarına təqdim edirlmişdir. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kompensasiya hesablanmadığını, texniki səhv nəticəsində pul cavabdehə verildiyindən 1330 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu verilmiş və sorğuya cavab olaraq məhkəməyə bildirimişdir ki, xx xxxxxx 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Azərbaycan Respublikasında fiziki şəxsiərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh (AZE ********, FİN:xxxxxxx) arasında bağlanmış xx xxxxxxx 2014-cü və xx xxxxxxx 2015-ci il tarixli kredit müqavilələri üzrə sonuncuya müvafiq olaraq 444 manat və 930 manat olmaqla ümumilikdə 1374 manat kompensasiya hesablanmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.-­-1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiyaşikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar