Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1955/2020 20.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcludan müəssisənin xeyrinə 2,437.69 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, ümumilikdə cəmi 2,457.69 manat vəsaitinin məcburi tutulması barədə əmrin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçı MMC ərizəni belə əsaslandırmışdır ki, “Azercell” ilə borclu arasında abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ona ********* nömrə və “İ-Phone 7 (32 gb)” marka mobil telefonu 24 ay müddətinə hər ay X1 nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilmişdir. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 2.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. X2 3-cü bəndinə uyğun olaraq, Abunəçi əldə etdiyi cihazın müqabilində 12 ay ərzində hər ay ƏDV daxil 129 manat aylıq haqq ödəyəcəkdir. Hər hansı səbəbdən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya Abunə müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda bu Əlavədə göstərilən cədvəldə müəyyən edilmiş cərimə məbləğini tam ödəyəcəkdir. Lakin üç faktura üzrə borclar ödənilmədiyindən fakturaya aylıq borcdan başqa cihazın dəyəri də, yəni ƏDV daxil olmaqla abunəçinin cəmi borcu 2,437.69 manat təşkil etmişdir. Borclunun öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. İddiaçı MMC nümayəndəsi Balaş Məhərrəmov məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh iclasda iştirak etməmiş, bunun səbəbləri barədə məlumat verməmidir. Məhkəmə, Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Təqdim olunan sübutlarla, o cümlədən maliyyə və ödəniş cədvəli ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.09.017-ci il və xx.xx.2017-ci il tarixli müqavilələrinin təsdiq olunmuş surətindən görünür ki, sonuncu, İMEİ nömrəsi **********16017, “İ-Phone 7 (32 gb)” markalı telefon almış tərtib edilmiş qrafik üzrə ödəniş etməmiş və bunun nəticəsində borc yaranmışdır. Maliyyə arayışına əsasən Cavabdeh fakturalar üzrə əsas 2,437.69 manat məbləğində borc hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh almış olduğu əmlakın dəyərini tam olaraq ödəməmiş və həmin əmlaka görə onun ödəmilməmiş 2,437.69 manat borcu qalmışdır. Borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən olunmamış, cavabdeh etirazında belə buna dair dəlil gətirməmişdir. Məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərci, ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh iddiaçının xeyrinə, ödənilməli olan daha 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2,437.69 manat ödənilməmiş borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat, cəmi 2,457 (iki min dörd yüz əlli yeddi) manat 69 (altmış doqquz) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilməli olan 10 (on) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1955/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1955/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver