Məhkəmə qərarları › İş №2(039)-1957/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1957/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1957/2023 21.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Cavabdeh Yevlax Rayon Məhkəməsinin 2(039)- 1957/2023№-li, 17 oktyabr 2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bərdə Regional Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin Meşə fondu sahəsində özbaşına malqara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 2376 (iki min üç yüz yetmiş altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub X1 Təsərrüfatı Mərkəzinin “Kapital Bank”ının Bərdə rayon Şöbəsinin AZ 62CTRE 000 000 000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə rəsmi qaydada məlumat verilsə də, iddiaçı nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilmişdir ki, Cavabdeh Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatdadır, verilmiş iddia isə dəymiş ziyanın ödənilməsi ilə əlaqədardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Mülki-Prosessual Məcəllə: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 44.2.2 iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia müstəsna aidiyyət qaydalarına aid deyil və cavabdeh Bərdə rayonunda qeydiyyatda olduğu üçün mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 35.1, 44.2.2, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bərdə Regional Təsərrüfatı Mərkəzinin Cavabdeh qaşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar