Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-196/2022 31.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin sabit pul məbləğində tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(051)-4992/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh 03 oktyabr 2013-cü il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehdən hər ay hər uşaq üçün 140 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə 2012-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından 03 oktyabr 2013-cü il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(051)-4992/2016 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehin qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması, eyni zamanda hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdeh FHN-nin əməkdaşı olmaqla yüksək əmək haqqı alır. Lakin buna baxmayaraq cüzi miqdarda aliment ödəyir. Uşaqlar üçüncü sinifdə oxuyurlar. Onların məktəb ləvazimatları, hazırlıqları, geyimləri və sair gündəlik ləvazimatları tələb olunur. Həmçinin uşaqların gözlərində narahatçılıq var. Belə ki, uşaqlar hər üç aydan bir həkim müayinəsindən keçirilməsi, eynəkləri dəyişdirilməli və yazılmış reseptlər əsasında dərimanlar alınmalıdır. Bununla da təbii ki, uşaqların xərci bitmir. Özü heç bir yerdə işləmir. Məhkəmə qətnaməsi əsasında qət edilmiş aliment pulu hazırkı dövrdə azyaşlı övladlarının heç bir tələblərini ödəmir. Ailəni dolandırmada çətinlik çəkir. Ona görə də, məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və hər ay hər uşaq üçün 140 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 may 2014-cü il tarixli AZ-l 244072 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh 03 oktyabr 2013-cü ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 may 2014-cü il tarixli AZ-l 244071 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh 03 oktyabr 2013-cü ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X3 hüquqi şəxsin arayışından məlum olur ki, X5 həkim müayinəsindən keçmiş və həkim tərəfindən müştərək daxili çəpgözlük diaqnoz qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon X3 hüquqi şəxsin arayışından məlum olur ki, X6 həkim müayinəsindən keçmiş və həkim tərəfindən müştərək daxili çəpgözlük diaqnoz qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 may 2014-cü il tarixli AZ-lll 319224 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 03 oktyabr 2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 07 may 2014-cü il tarixli AZ-lll 319223 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 03 oktyabr 2013-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 noyabr 2021-ci il tarixli 2021-006996 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası FHN-nin DYMX Mingəçevir şəhər X4 dəstəsinin 07 yanvar 2022-ci il tarixli 37/39-001 saylı arayışdan məlum olur ki, Cavabdeh həqiqətən 07 iyul 2019-cu il tarixdən Mingəçevir ŞDYMD-nin 107 nömrəli YMB-nin yanğınsöndürəni vəzifəsində xidmət edir və onun əmək haqqı kartına köçürülmüş aylıq məbləğ 525.40 manatdır. Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2022-ci ildən uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh evlənərək ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiklərindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə nikahları pozulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmış və onların saxlanılması üçün cavabdehin qazancının üçdə bir hissəsi miqdarında aliment tutulması, eyni zamanda hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq hər ay hər uşaq üçün 140 manat aliment ödəmə bilməsini bildirmişdir. Məhkəmə uşaqların layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini, xəstəliyini, cavabdehin yenidən ailə qurmasını və həmin nikahından bir uşağının olmasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 03 oktyabr 2013-cü il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2(051)-4992/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. Cavabdeh 03 oktyabr 2013-cü il təvəllüdlü X5 və X6 adlı əkiz uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-196/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-196/2022
31.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver