Məhkəmə qərarları › İş №2(039)-1971/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1971/2024

10.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1971/2024 10.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları (14 iyun 2019-cu il təvəllüdlü X4, 23 iyun 2021-ci il təvəllüdlü X6 və 25 oktyabr 2023-cü il təvəllüdlü X7) ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun keşmiş əri, Cavabdeh2 isə onun keçmiş qaynatasıdır. O, Cavabdeh1 ilə toy edərək ailə qurmuş və həmin vaxtdan da ailə kimi birlikdə yaşamışlar. 24 fevral 2017-ci ildə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində cavabdehlə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından 3 övladları- 14 iyun 2019-cu il təvəllüdlü X4, 23 iyun 2021-ci il təvəllüdlü X6 və 25 oktyabr 2023-cü il təvəllüdlü X7 doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(039)- 671/2024 saylı qətnaməsinə əsasən Cavabdeh1 ilə aralarında olan nikahın pozulması və hər uşaqların onun (iddiaçının) himayəsində saxlanılması qət edilmişdir. Hazırda uşaqları hər üçü həm rəsmi, həm də faktiki olaraq onun himayəsindədirlər. O, 2017-ci ildə ailə quran zaman cavabdehlərə məxsus olan ünvan 1 saylı evə gəlin köçmüş və səkkiz ildir ki, orada yaşayır. O həmin evdə 3 uşaq dünyaya gətirmişdir. Həmçinin, hazırda həmin evdə rəsmi pasport qeydiyyatındadır. Yaşadığı fərdi yaşayış evi hər iki cavabdehə məxsusdur, lakin evin mülkiyyət sənədi cavabdeh-keçmiş qaynatası Cavabdeh2 məxsusdur. O, hazırda Cavabdeh1la boşanmışdır. O, bugün də həmin evdə yaşayır. Boşansa da evi tərk etməmişdir. Çünki 3 uşağı ilə birgə gedəcək yeri yoxdur. Həmin fərdi yaşayış evi 3 mərtəbəlidir. Evin tək yaşayış üçün 7 otağı vardır (əlavə olaraq da zallar, mətbəxlər, hamam və ayaqyolları və.s də vardır). Ev kifayət qədər böyükdür və onların yaşmaqları üçün də imkanlar mövcuddur. O, bu gün həmin evdə yaşayır, ona görə də evə köçürülmə ilə bağlı tələb irəli sürmür. O,sadəcə 3 uşağı ilə birgə həmin evə istifadə hüququnun tanınmasını istəyir. Çünki onun istifadə hüququ tanınacağı halda, cavabdehlər onu evdən çıxara bilməyəcəklər. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə göndərərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ğavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin məhkəməyə ərizə ilə müracət edərək, iddianı etiraf etdiklərini, işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin ediməsinə etirazlarının olmadığını bildirmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 iyun 2019-cu il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 iyun 2021-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 oktyabr 2023-cü il tarixdə doğulmuşdur, atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döblət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2, həmin evin yerləşdiyi torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh1 və 1/5 hissəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 2(039)-671/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərərk, İddiaçı ilə Cavabdeh1 arasında 1 saylı Bakı Asan Xidmət X5 bağlanmış xx.xx.2017-ci il tarixli, 392 saylı nikahın pozulması və 14 iyun 2019-cu il təvəllüdlü X1, 23 iyun 2021-ci il təvəllüdlü X2 və 25 oktyabr 2023-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmaları qət edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdehlər tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərdən Cavabdeh1 mübahisəli fərdi yaşayışı evinin mülkiyyətçisi olmasa da, həmin evin mülkiyyətçisi iş üzrə digər Cavabdeh2 tərəfindən iddia etiraf edildiyindən Cavabdeh1 da etirafı qəbul edilməli və sonuncunun etirafı Cavabdeh2 hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı (14 iyun 2019-cu il təvəllüdlü X4, 23 iyun 2021-ci il təvəllüdlü X6 və 25 oktyabr 2023-cü il təvəllüdlü X7 ilə birlikdə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, MA ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Döblət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar