Məhkəmə qərarları › İş №2(039)-1983/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1983/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1983/2021 07.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair İddiaçı mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən aldığı ümümi qiyməti 580 manat olan 1 ədəd divanın və 1 ədəd şfanerin ədənilməmiş 330 manat məbləğinin və 10.40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, 5 ay öncə Cavabdeh qiyməti 200 manat olan 1 ədəd divan, qiyməti 380 manat olan 1 ədəd şfaneri satmışdır. Aralarında olan etibara əsasın şəxs 580 manatlıq ondan əşya almış, bunun müqabilində 150 manat ilkin ödəniş etmiş, yerdə qalan 330 manatı 20 gün ərzində ödəyəcəyini bildirmişdir. Ancaq hazırkı cavabdeh əşyaları alandan sonra pulunu vaxtlı-vaxtında ödəmədiyindən onun evinə getmişdir. Məlum olub ki, şəxs onun əşyalarını başqa adama satmışdır. O həm telefon zəngləri ilə, həm də onun yaxın qohum əqrabalarının xətti ilə şəxsə çoxsaylı müraciətlər etmişdir. Ancaq fakt odur ki, bütün bunların heç bir səmərəsi olmamışdır. Onun əşyaları bu şəxs tərəfindən alınmış, əmanətin yarıdan çoxu qaytarılmamışdır, Həmin əşyanı şəxs sataraq qazanc əldə etmişdir. Bütün bunlara görə o, həm maddi, iə mənəvi əziyyət çəkmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh onun dükanına X2 ilə birlikdə gəlmiş və iddia ərizəsində qeyd etdiyi əşyaları bəyənib almışdır. Bu əşyaları Fidan Məlikovaya alınmasından məlumatsız olmuşdur. Bu səbəbdən bu barədə ərizə təqdim edərək Cavabdeh əsl cavabdeh Fidan Məlikova ilə əvəz etməklə iddiasının na münasibətdə təmin edilməsini xahiş etmişdir. iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra isə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İlk olaraq cavabdeh qismində qeyd edilsə də, iddiaçının ərizəsi üzrə əsl cavabdeh ilə əvəz edilmiş, şahid olaraq məhkəmə iclasında ifadə vermiş Cavabdeh bildirmişdir ki, Fidan Məlikova onun tanışıdır. Fidan ona müraciət edərək öz evi üçün divan və dolab almaq istədiyini bildirmişdir. İddiaçı əvvəllər tanıdığından Fidanla birlikdə onun dükanına getmişlər. Fidan Asifdən 580 manat dəyərində divan və dolab almışdır. Razılığa əsasən 150 manat ilkin ödəniş etmiş, qalan 330 manatı isə qısa müddətdə ödəyəcəyinə vəd vermişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan 580 manat dəyəri olan 1 ədəd divan və 1 ədəd dolabı nisyə almış, ilk olaraq 150 manat ödəyərək qalan pulu qısa müddətdə ödəyəcəyinə vəd versə də, üzərinə düşən öhdəliyi icra etməmiş, qalan 330 manatı ödəməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan qalan 10 manat isə cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 330 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 10.40 manat, cəmi 340 (üç yüz qırx) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Cavabdeh X1 ödənilməli olan daha 10 (on) manat dövlət rüsumu dövlət büdcəsi xeyrinə tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar