Məhkəmə qərarları › İş №2(039)-1986/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1986/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1986/2021 11.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan (LPO) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 515.75 manat əsas, 29.19 manat faiz, 166.48 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74.06 manat faiz borcu və 20.40 AZN məbləğində ödənilmiş dövlət rüsumununcavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı əsasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 13.01.2017-ci il tarixli, 115.LN.1674.130117.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə illik 27 % ödənilmək şərti ilə 1,999 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********276 saylı, 25.05.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 21.06.2021-ci il tarixə Cavabdeh kredit üzrə 515.75 manat əsas, 29.19 manat faiz, 166.48 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74.06 manat faiz borcu təşkil edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdeh iclas zamanı iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etməklə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən Bankdan 13.01.2017-ci il tarixli, 115.LN.1674.130117.00001 saylı kredit müqaviləsi əsasında 18 ay müddətinə illik 27 % ödənilmək şərti ilə 1,999 manat kredit götürmüşdür. Lakin, İddiaçı ASC ləğv prosesində olduğundan ödənişləri dayandırmışdır. Bu müddət ərzində ona qarşı bununla bağlı iddia qaldırılmamış və iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli 115.LN.1674.130117.00001 saylı kredit müqaviləsi əsasında sonuncuya 18 ay müddətinə illik 27 % ödənilmək şərti ilə 1,999 manat məbləğində kredit verilmiş, 21 iyun 2021-ci il tarixə 515.75 manat əsas, 29.19 manat faiz borcu, 166.48 manat cərimə və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 74.06 manat faiz borcu yaranmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Tərəflər arasında balanmış 13.01.2017-ci il tarixli, 115.LN.1674.130117.00001 saylı kredit müqaviləsinin müddətinin 13 iyul 2018-ci il tarixdə bitməsinə baxmayaraq iddiaçı tərəfindən iddia ərizəsi 17 avqust 2021-ci il tarixdə imzalanmaqla yalnız 08 sentyabr 2021ci il tarixdə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh tərəfindən sonuncu ödəniş 13 aprel 2018-ci il tarixdə həyata keçirilmişdir. Bununla da təsdiq olunur ki, iddiaçı tərəfindən mülki qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür ki, bu da iddianın təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı 13.01.2017-ci il tarixli, 115.LN.1674.130117.00001 saylı kredit müqaviləsi üzrə kredit borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar