Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1992/2022 03.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “süni manelərin aradan qaldırılması” tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “süni manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3 ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar Yevlax rayonu, Tanrıqulular kəndində miras qalmış fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0.24 hektar həyatyanı torpaq sahəsində DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən invertarlaşdırma işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı, X11 ilə xx.xx.1969-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X11 ilə birgə nikah dövründə Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində 0.24 hektar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, islahat zamanı 0.24 hektar həyatyanı torpaq sahəsi Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli, 30 saylı qərarı ilə X4, onun və X1 mülkiyyətinə verilmiş və bu barədə adlarına JN-212F KOD 90110018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənmişdir. Cavabdeh mərhum övladı X5 ilə ailəli olmuşdur. X11 xx.xx.2021-ci ildə Yevlax rayonu Tanrıqulular kəndində vəfat etmişdir. Onun ölümündən sonra miras qalmış əmlakı qanun üzrə 1-ci növbə vərəsə kimi o, faktiki olaraq qəbul etmiş, miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Yaşadığı fərdi yaşayış evi sənədləşdirilərək DƏDRXdə qeydə alınmadığından notariat kontorunun DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə ünvanlandığı məktubuna əsasən həmin idarənin mütəxəsisləri yaşayış evi və evin yerləşdiyi 0.24 hektar həyətyanı torpaq sahəsini invertarlaşdırmaq məqsədi ilə həyətə getmiş, lakin cavabdeh onları həyətə buraxmamaqla, mütəxəssislərə müayinə və ölçü işləri aparmağa süni manelər törətmişdir. Ona görə də orada invertarlaşdırma işlərinin aparılması mümükün olmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, Çilingir Həsənovun ölümündən sonra vərəsəlik işini açdıra bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 06 iyul 2022-ci il tarixli **********02 saylı bildirişindən görünür ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evininin inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. JN-212F KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X8, İddiaçı, X6 və X2 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,24 ha torpaq sahəsi verilmişdir. Yevlax rayon İHB-nin Tanrıqulular kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ 046333 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mingəçevir regional “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ 236664 №li ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Yevlax rayonu Tanrıqulular kəndi sovetliyi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş A3-İ seriyalı 057196 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə İddiaçı arasında bağlanmış nikah 1969-cu ilin dekabr ayının 26-ci günündə akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. Yevlax rayonu Tanrıqulular kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 344687 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X9 arasında bağlanmış nikah 1997-ci ilin noyabr ayının 03-cü günündə akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Talıbov, arvada isə Talıbova soyadı verilmişdir. Yevlax şəhər Tanrıqulular kəndi sovetliyi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 281675 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1975ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuşdur; atası-X12, anası- İddiaçıdır. Yevlax rayonu, Tanrıqulular kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 273 saylı xx.xx.2022-ci il tarirxli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla orada yaşayır və gəlini 1986-ci il təvəllüdlü Cavabdeh, nəvəsi 2005-ci il təvəllüdlü X10, nəvəsi 2006-ci il təvəllüdlü X13, nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Rafiq oğlu həmin ünvanda yaşayırlar. Qeydiyyatda olanlar iddiaçı 1952-ci il təvəllüdlü İddiaçı, əri X15 vəfat etmiş, qızı 1975-ci il təvəllüdlü Talıbova (Həsənova) Raibə Çilingir qızı, oğlu vəfat etmiş X5 adlı ailə üzvləri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X7 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, X12 03 noyabr 2021-ci il tarixdə vəfat etmiş, iddiaçının mərhum həyat yoldaşından Yevlax rayonu, Tanrıqulular kəndində birgə paylı mülkiyyətli daşınmaz əmlak miras olaraq qalmışdır. İddiaçı həyat yoldaşının ölümündən sonra ondan miras qalmış əmlakla əlaqədar vərəsəlik işinin açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Notariat kontoru miras qalmış əmlakın qeydiyyata alınmadığına görə həmin evin atasının adına qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsinə məktubla müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onları həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişlər. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Tanrıqulular kəndində JN-166F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0.24 ha həyətyanı torpaq sahəsində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Tanrıqulular kəndində JN-166F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0.24 ha həyətyanı torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1992/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1992/2022
03.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver