Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1994/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlu, İddiaçı “Galaxy” mağazasının rəhbəri İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 17 oktyabr 2022-ci il tarixli 1865 nömrəli və 21 oktyabr 2022-ci il tarixli 1883 nömrəli alqı-satqı müqaviləsi üzrə 2,110 manat əsas borc, habelə 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, özünə məxsus Yevlax şəhərində “Galaxy” mağazası vardır. Cavabdehlə aralarında bağlanmış 17 oktyabr 2022-ci il tarixli, 1865 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona 360 manat dəyərində X1 Galaxy 24000 və 21 oktyabr 2022-ci il tarixli 1883 nömrəli alqı-satqı müqaviləsinə əsasən 1,900 manat dəyərində Televizor LED LG55UP78006UHD4K verilmişdir. Cavabdeh ilkin olaraq 400 manat ödəniş etmişdir. Müqavilənin şərtinə əsasən 12 ay ərzində hər ay 155 manat ödəməli idi. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Sübutlar: “Galaxy” mağazasının rəhbəri İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2022-ci il tarixli, 1865 nömrəli alqı-satqı müqaviləyə əsasən sonuncu, “Galaxy” mağazasından nisyə 360 manat dəyərində X1 Galaxy 24000 və 21 oktyabr 2022-ci il tarixli 1883 nömrəli alqı-satqı müqaviləyə əsasən nisyə 1,900 manat dəyərində LED LG55UP78006UHD4K televizor almışdır. Ödəniş cədvəlindən müəyyən olunur ki, 17 oktyabr 2022-ci il tarixli, 1865 nömrəli alqı-satqı müqaviləsi üzrə 360 manat ödənilməmiş hissə var, 50 manat cərimə və 21 oktyabr 2022-ci il tarixli 1883 nömrəli alqı-satqı müqaviləsi üzrə 1,500 manat ödənilməmiş isə var, 200 manat cərimə hesablanmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla Cavabdeh tərəfindən nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Əsas borcun düzgün hesablanmaması, habelə cərimənin tənasübsüzlüyü müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 17 oktyabr 2022-ci il tarixli, 1865 nömrəli alqı-satqı müqaviləsi üzrə 360 manat əsas borc, 50 manat cərimə və 21 oktyabr 2022-ci il tarixli 1883 nömrəli alqı-satqı müqaviləsi üzrə 1,500 manat əsas borc, 200 manat cərimə, habelə 43 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2,153 (iki min bir yüz əli üç) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1994/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1994/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver