Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2/2025 10.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" QBKT MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor "xxxx" QBKT MMM borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" QBKT MMM-nin xeyrinə 12 noyabr 2014-cü il tarixində bağlanmış **********9702 saylı kredit müqaviləsi üzrə 1078 manat əsas, 111.56 manat faiz borcu olmaqla, cəmi 1189.56 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QBKT MMM ilə 12 noyabr 2014-cü il tarixində bağlanmış **********9702 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 34% olmaqla 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən. Kredit alan Kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə, hər yubanma günü üçün əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu cəriməni ödəməyə borcludur. Belə ki, borcluların bu günə əsas borc üzrə 1078 manat əsas, 111.56 manat faiz borcu olmaqla, cəmi 1189.56 manat məbləğində borcu yaranmışdır. Yevlax Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh1 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. İddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; 12 noyabr 2014-cü il tarixində bağlanmış **********9702 №li kredit müqaviləsindən görünür ki, "xxxx" QBKT MMM-nin tərəfindən Cavabdeh2 illik 34 faiz ödəmək şərti ilə 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq digər Cavabdeh1 kredit verən qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. "xxxx" QBKT MMM tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 ödənilməmiş 1078 manat əsas, 111.56 manat faiz borcu olmaqla, cəmi 1189.56 manat məbləğində borcu var. "xxxx" QBKT MMM tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə 12 noyabr 2014-cü il tarixində bağlanmış **********9702 №li kredit müqaviləsi üzrə 878.20 manat borcu təşkil edir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 712410 №-li ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir; Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh2 (xx.xx.2015-ci il tarixdə vəfat etmiş), əri (arvadı) xx.xx.1972-ci il təvəllüdlü X5, qızı xx.xx.1990-cı il təvəllüdlü X4, qızı xx.xx.1991-ci il təvəllüdlü X6, qızı xx.xx.1994-cü il təvəllüdlü X1 (vəfat etmiş) və oğlu xx.xx.2014-cü il təvəllüdlü X2 məlumatlar aşkar edilmişdir. Yevlax Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 501 saylı məktubdan görünür ki, Yevlax rayon 1 saylı notariat ofisində Cavabdeh2 xx.xx.2024cü tarixdə V-211 reyester nömrəsi ilə vərəsəlik işi açılmışdır. Məhhrumun vərəsələrinə X5, X8 və X3 Yevlax rayon 1 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə 2V-492 reyestr nömrəsi ilə Yevlax rayonu Xanabad kəndində yerləşən 2.82 ha torpaq sahəsinə Qanun üzrə X7 Şəhadətnamə verilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli, 113485/1 saylı məktubdan görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Cavabdeh1 və qeydirsindən cəmi 1189.56 manat kredit borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tələbkar «Finca Azərbaijan” QBKT MMM xeyrinə ödənilməsinə dair icra sənədi xx.xx.2026-cı il tarixdə şöbəyə daxil olmuşdur. Görülmüş icra tədbirləri zamanı borcu üzrə məbləğindən 311.36 manat borcun ödənilməsi təmin edilmişdir. Qalıq kredit borcu 878.20 manat təşkil edir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" QBKT MMM cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.2) İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 878.20 manat borcu ödənilməmiş qalmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 878.20 manat məbləğində borcun tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün təşkilat tərəfindən ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə cavabdehə aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul cavabdehdən təşkilatın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcun ödənilməsi məqsədi ilə 878 (səkkiz yüz yetmiş səkkiz) manat 20 (iyirmi) qəpik habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QBKT MMM-yə ödənilsin. Dövlət rüsumunun kəsirini təşkil edən 10 (on) manat məbləğində pul Cavabdeh1 tutularaq dövlət büdcəsinin ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver