Məhkəmə qərarları › İş №2(039)-200/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-200/2020

30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-200/2020 30.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili X4 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi təmin olunmaqla Cavabdeh 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, qızı X6 9 illik məktəbi bitirdiyinə görə onu Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən musiqi kollecinə qəbul etdirmək istəmişdir. 2013-cü ilin iyun ayında tanışı Aişə Süleymanovanın köməkliyi ilə X1 müəllim işləyən Cavabdeh ilə tanış olmuş, bu məqsədlə Cavabdeh ilə telefonla danışmış və qızını X8 düzəltmək üçün Zəminə ondan 5000 manat pul istəmişdir. xx xxxx 2013-cü il tarixdə bankdan 3000 manat kredit götürərək xx xxxx 2013-cü il tarixdə Mingəçevir şəhəri Müəllimlər İnstitutunun qarşısında 2550 manat pulu Cavabdeh vermişdir. Lakin onun qızının 2013-cü ilin sentyabr ayında X11 qəbul olunduğunu Zəminə ona bildirmiş, bundan sonra 2000 manat pulu da düzəldib xx xxxxxxxx 2013-cü il tarixdə Zəminəyə vermişdir. Zəminə isə 500 manat qalıq olduğunu bildirərək tələbə biletini pul kəsrinə görə vermədiklərini bildirmişdir. Sonradan qızı Nigarın kollecə qəbul olunmadığını bilmiş, Zəminənin onu aldadaraq 4550 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyinə görə dəfələrlə Zəminədən həmin pulu tələb etmiş, Zəminə ona müxtəlif vaxtlarda 2550 manatı qaytarıb vermiş, qalan 2000 manat pulu isə qaytarmamışdır. Ona görə də, bu barədə X3 2017-ci ildə ərizə ilə müraciət etmiş, Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsində uzun müddət araşdırılma aparılaraq Cavabdeh barəsində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Həmin ittihamda göstərilir ki, Cavabdeh ondan 4550 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin ittiham iş üzrə Cavabdeh ifadəsindən başqa şahid Aişə Süleymanovanın ifadəsi və iş materialları ilə öz təsdiqini tapmışdır. Lakin Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsinin xx xxxxxx 2018-ci il tarixli cinayət işinin xitam edilməsi barədə qərara əsasən Cavabdeh cinayət əməli CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti ona bəraetedici əsaslar olmadan xitam edilmiş, ona pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qərarın surətini 2019-cu ilin əvvəllərində almışdır. Lakin xəstəliyilə əlaqədar məhkəmədə iddia qaldıra bilməmişdir. Hesab edir ki, pul tələbi barədə iddia müddətini keçirməmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, cavabdeh dələduzluq yolu ilə iddiaçının pulunu ələ keçirmişdir. Bu barədə Mingəçevir RPŞ-nin xx xxxxxx 2018-ci il tarixli qərarı mövcuddur. Həmin qərarda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cavabdehin barəsində başlanmış cinayəti işinə xitam verilmişdir. Həmçinin həmin qərarda iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, iddianı qəbul etmir. Belə ki, Ritadan pulu onun həyat yoldaşı almışdır. Həmin pulu da, artıqlaması ilə qeri qaytarmışlar. Hazırda iddia müddəti belə keçmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ünvanlayaraq, tələblə bağlı qanunla müəyyən olunmuş müddət ötürüldüyündən, hazırkı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir ŞPŞ-si tərəfindən xx xxxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1952-ci il tarixdə Mingəçevir şəhərində anadan olmaqla, Mingəçevir şəhəri, M.P.Vaqif küçəsi ev 10, mənzil 18-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan məlum olur ki, vətəndaş İddiaçı müraciəti üzrə Mingəçevir ŞPŞ-nin İB-də toplanmış HK- 1/603 nömrəli material üzrə sabiq müstəntiq Pərviz Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Material üzrə əlavə araşdırmanın aparılması Mingəçevir ŞPŞ-nin İB-nə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərardan məlum olur ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin Cavabdeh pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası MM-nin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən, Ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası MM-nin 373.3-cü maddəsinə əsasən, Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası MM-nin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013cü il tarixli qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh, tanişi İddiaçı övladı X5 Gəncə şəhərində yerləşən Tibb Kollecinə qəbul olmasına köməklik edəcəyini İddiaçı yalandan vəd edib onıı aldadaraq, xx xxxx 2013-cü il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən ‘'X2 fililalı”-nın inzibati binasının yaxınlığında 2550 (iki min beş yüz əlli) manat, xx xxxxxxx 2013-cü il tarixdə yaşadığı ünvan 1 ünvanda yerləşən evdə isə 2000 (iki min) manat, ümumilikdə İddiaçı məxsus 4550 (dörd min beş yüz əlli) manat məbləğdə pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin puldan cavabdeh iddiaçıya 2550 manatını qaytarmışdır. Bu barədə İddiaçı Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Şikayəti əsasında cinayət işinin başlanması rədd edilmişdir. xx xxxxx 2017-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarla vətəndaş İddiaçı müraciəti üzrə Mingəçevir ŞPŞ-nin İB-də toplanmış HK-1/603 nömrəli material üzrə sabiq müstəntiq Pərviz Hüseynovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Material üzrə əlavə araşdırmanın aparılması Mingəçevir ŞPŞ-nin İB-nə həvalə edilmişdir. xx xxxxxx 2018-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərarla Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1ci maddəsinə tövsif edilmişdir. Cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qəbul edilmiş qərarın surəti İddiaçı göndərilməklə qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən yuxarı prokurora yaxud məhkəməyə şikayət etmək, həmçinin Cavabdeh pul tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianın qəbul etməyərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cinayət təqibi ilə xitam qərarı var və həmin qərarda Cavabdeh dələduzluq yolu ilə pulu ələ keçirdiyi öz təsdiqini tapmışdır. İş üzrə borc müqaviləsi mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə ümumi iddia müddəti on il təşkil edir və iş üzrə iddia müddəti ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar