Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2006/2022 05.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı böyük icra məmuru (probasiya üzrə) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən mobil nəzarət qurğusunun dəyəri olan 2277.40 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası barədə göstəriş xx.xx.2021ci il tarixində İddiaçınə daxil olmuş, xx.xx.2021-ci il tarixdə şöbənin probasiya üzrə böyük icra məmuru İqbal Süleymanovun və Cavabdeh özünün iştirakı ilə müvafiq protokol tərtib edilərək onun üzərinə cəza çəkdiyi müddət ərzində Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması izah olunmuşdur. Hökmün icrası ilə əlaqədar olaraq qeyd olunan tarixdə müvafiq protokolla bir ədəd sadə elektron qolbaq, bir ədəd “Attenti” markalı mobil nəzarət qurğusu, bir ədəd elektrik adapter məhkum - hazırki iş üzrə Cavabdeh təhvil verilmiş, nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Buna baxmayaraq, məhkum üzərinə düşən vəzifələri pozaraq xx.xx.2022-ci il tarixli mobil nəzarət qurğusunu yararsız hala salmışdır. Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh elektron nəzarət vasitələrinin dəyəri elan olunmaqla, həmin vasitələrin zədələnməsi və yarasız hala salınması ilə əlaqədar nəzarət vasitələrinin dəyərinin ondan tutulacağı izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin xx.xx.2021-ci il tarixli, 96-21 saylı məktubundan görünür ki, xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusunun 1 ədədin qiyməti 2277.40 manat təşkil edir. Məhkum Cavabdeh icra qurumuna verdiyi 15 avqust 2022-ci il tarixli izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə nəzarət vasitəsi olan mobil telefonun akkumulyatoru çox az olduğu üçün elektik enerjisinə qoşmuş, həmin vaxtı qardaşının azyaşlı övladı telefonu elektrik enerjisindən çıxardaraq yerə vurmuşdur. Mobil nəzərət qurğusunun dəyəri olan 2277.40 manat məbləği maddi vəziyyəti ağır olduğu görə ödəməyə imkanı yoxdur və ödəyə bilmir. Yevlax Rayon Məhkəməsinin 7(039)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(021)-103/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 08 (iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 02 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində onu dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 2277,40 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2006/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2006/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver