Məhkəmə qərarları › İş №2(039)-2018/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2018/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2018/2020 12.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, X1 cavabdeh X12, X6, X7, X9 qarşı«cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair» işə Yevlax rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : X2 cavabdeh X12, X6, X7, X9 qarşı«cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X11, X4, X5 və X8 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması xx xxxxxxx 2020-ci il tarixə saat 15.20-yə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə baxılması xx xxxxxx 2020-ci il tarixə saat 09.30-a təxirə salınmış, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinəəsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, X1 cavabdeh X12, X6, X7, X9 qarşı«cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair» işüzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinəəsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlışəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görəərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : X1 cavabdeh X12, X6, X7, X9 qarşı«cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair» işüzrə tərəflər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyəmüraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar