Məhkəmə qərarları › İş №2(039)-2021/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2021/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2021/2020 16.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdehlər X7, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, X3, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4, X1, Cavabdeh3 və Cavabdeh4 24000 manat məbləğində ondan alınmış pul məbləğinin onlardan alınmasına və ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh3 və Cavabdeh4 adlarının iddia ərizəsindən çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, hazırki cavabdeh X8 həmkəndlisidir. Onunla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. Cavabdeh1 2,97 hektar pay torpaq sahəsi qardaşı Nurəddin Şükürovun ferma təsərrüfatının yanında yerləşir. 2020-ci ilin aprel ayının 5-də həmkəndlisi Yusifdən Cavabdeh1 pay torpaq sahəsinin satılması xəbərini eşitmişdir. Ona məxsus pay torpaq sahəsinin qardaşı Nurəddin Şükürovun torpaq sahəsinin yanında yerləşdiyindən həmin sahəni satın almaq qərarına gəlmişdir. Yusiflə birlikdə gedib Cavabdeh1lə görüşəndə sonuncu torpaq sahəsinin 3 hektar olmasını və hər hektarına görə isə 7000 manat pul istədiyini demiş, Cavabdeh1lə razılaşaraq 7-8 aprel tarixlərində onu bacısı Familə gilin Yevlax şəhərində yerləşən evinə dəvət etmişdir. Orada torpaq sahəsini satın almaq məqsədi ilə ona 21000 (iyirmi bir min) manat məbləğində pul verdikdən sonra çıxıb getmişdir. Aradan 10 gün keçmiş Cavabdeh1 zəng edərək ona məxsus pay torpaq sahəsini ucuz qiymətə satın almasını və torpaq sahəsinin bir hektarına görə 8000 manat istədiyini demişdir. Onun tələbi ilə razılaşaraq həmin ərəfədə “xxxxxxxxxxxx” ASC-nin Yevlax rayon filialından əlavə 4000 manat məbləğində pul krediti götürmüşdür. Həmin pulun 3000 manatını bacısı Familə gilin Yevlax şəhərində yerləşən evində cavabdehə vermişdir. Cavabdeh1lə karantin başa çatandan sonra torpağı adına sənədləşdirməsi barədə razılığa gəlmişlər. Hətta sənədləşmənin xərcini də öz boynuna götürmüş, ehtiyat üçün ondan torpaq sahəsinə dair JN 287 nömrəli 90108018 kodlu torpaq şəhadətnaməsini alıb özündə saxlamışdır. Ancaq bu şəxs onu aldatdığını görərək o bu insanı ədalətli olmağa, dələduzluq etməməyə bu işin heç bir sonluğunun olmadığını bildirmişdir. Ya pulunu qaytarmağı, yada ki, torpağını sənədləşdirməyi ondan tələb etmişdir. Ancaq şəxs fərqli münasibətdə dayanaraq ondan yenə artıq pul almaq istəmişdir. Yevlax rayon Polis şöbəsinə şikayət etməzdən 20 gün əvvəl qardaşı Nurəddin Şükürovla birlikdə ona zəng edərək “Asan Xidmət” Mərkəzinə gələrək pay torpaq sahəsini onların adına sənədləşdirilməsini xahiş etdikdə o, torpağının bir hektarının qiyməti 10000 manat olmasını, 6000 manat məbləğində pulu aldıqdan sonra torpağı onun adına sənədləşdirəcəyini bildirmişdir. Ondan aldığı 24000 manat məbləğində pul geri qaytarmasını tələb etdikdə isə, pulu torpağı satandan sonra qaytaracağını demişdir. Daha sonra isə müxtəlif bəhanələr gətirdikdə Cavabdeh1 onu aldadaraq pulunu ələ keçirməyini başa düşüb barəsində polis şöbəsinə şikayət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər torpaq alqısatqısı ilə bağlı razılığa gəlmişlər. İddiaçı cavabdehə cəmi 24000 manat pul vermişdir. Cavabdeh torpağı iddiaçının adına rəsmiləşdirmədiyindən iddiaçı hazırda pulunu geri tələb edir. Cavabdeh isə pulu qaytarmaqdan imtina edir. Cavabdeh X8 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, 2.97 ha torpaq sahəsi var. Torpaq sahəsini satmaq fikiri olmuşdur. Bu səbəbdən də, ona 24000 manat vermişlər. 6000 manat isə sonradan Asan xidmət mərkəzində verəcəklərinə söz vermişlər. 6000 manat ona verilmədiyindən torpağı onların adına rəsmiləşdirməmişdir. 24000 manat pulu da xərclədiyindən geri qaytara bilmir. Torpağı satıb pulu qaytaracaqdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, qardaşı İkramla Cavabdeh1 torpağın alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. Qardaşı bacısı gilin evində Rasimə 21000 manat pul vermişdir. Lakin Rasim sonradan əlavə pul istəmişdir. İkram da yenidən ona 3000 manat Rasimə pul verdi. Lakin Rasim torpağı müxtəlif bəhanələrlə İkramın adına keçirmədi. Bununla bağlı o da Rasimlə görüşmüş və söhbət etmişdir. Lakin Rasim pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh X7 və ailə üzvlərinə məxsus Yevlax rayonu, Malbinəsi kəndində 2.97 ha torpaq sahəsi vardır. Cavabdeh torpaq sahəsini satmaq qərarına gəlmiş və torpağı iddiaçıya satılması ilə bağlı razılığa gəlmişlər. İddiaçı cavabdehə cəmi olaraq torpağın alınması üçün 24000 manat pul vermişdir. Lakin cavabdeh torpağı iddiaçının adına rəsmiləşdirməmiş və pulu iddiaçıya geri qaytarmamışdır. İddiaçı cavabdehdən 24000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 24000 manat pul aldığını etiraf edir. Lakin iddiaçı ona daha 6000 manat verdikdən sonra torpağı iddiaçının adına rəsmiləşdirəcəyi barədə razılıqlarının olduğunu bildirmişdir. Həmçinin pulu xərclədiyini və torpağı satıb pulu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin tələbinə görə, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 24000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 24000 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar