Məhkəmə qərarları › İş №2(039)-2025/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2025/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2025/2020 15.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət tərəfindən ona ayrılan yemək xərci olan və Cavabdeh tərəfindən alınmış cəmi 627 (altı yüz iyirmi yeddi) manat pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iclas zamanı bildirmişdir ki, xx xxxxxx 2017-ci ildə X4 ilə ailə qurmuş, lakin bir müddət sonra ailə münaqişələri başladı və o, hamilə vəziyyətdə xx xxxxx 2018-ci ildə atası evinə qayıtmağa məcbur oldu. x xxx 2018-ci ildə Bakı şəhəri Səbail rayonunda yerləşən 5 nömrəli doğum evində oğlu Elgün Rüstəmov anadan oldu. Uşaq 5 aylıq olana qədər əri Elsevər Rüstəmov onunla və uşaqla maraqlanmadığından onlar evində yaşamalı oldular. 2018-ci ilin oktyabr ayında ərinin xahişi ilə onunla getdi və təxminən bir ay onunla birlikdə yaşadıq, lakin ailə münaqişələri yenidən başladı və x xxxxxx 2018-ci ildə atası evinə qayıtdı və həmin ünvanda yaşamağa başladılar. Bundan sonra Elsevər Rüstəmovla nikahımız formal xarakter daşıyırdı və onlar sadəcə nikah şəhadətnaməsi bağlayırdı. Təxminən bir ildən çox atası evində qaldıqdan sonra X5 rayon məhkəməsində iddia qaldıraraq onunla nikahın pozulmasını istədi. x xxxxxx 2019-cu ildə Yevlax rayon məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, oğlu onun yanında saxlanılmaqla 130 manat aliment müəyyən edilmişdir. Dövlət tərəfindən ona ayrılan yemək xərcini keçmiş qaynanası Cavabdeh alır. x xxxxx 2018-ci ildən həmin ilin oktyabr ayına qədər 6 (altı) ay hər ay 22 manat olmaqla və x xxxxxx 2018-ci ildən bu günə qədər 15 (on beş) ay hər ay 33 manat olmaqla dövlət tərəfindən ona ayrılan yemək xərcini qaynanası Cavabdeh alıb və ona bu puldan heç nə verilməyib. Hər ay üçün yemək xərci 2018-ci ildə xx xxxxx 2019-cu ildə 33 manat müəyyən edilib və göstərdiyi dövrlər üçün cəmi 627 (altı yüz iyirmi yeddi) manat qaynanası Cavabdeh tərəfindən alınsa da ona bu puldan heç nə verilməyib. Bildirmək istəyir ki, azyaşlı oğlu Elgün Rüstəmova baxır və dövlət tərəfndən ona ayrılan həmin pula ehtiyacı var İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh Kəlbəcər rayonu Oruclu kəndində qeydiyyatdadır. Mülki-Prosessual Məcəllə: Maddə 35.1 qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 44.2.2 iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəmədə baxılmağa verir. Maddə 45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Maddə 45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Sadalanan xüsusatları və qanunun yuxarıda göstərilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Kəlbəcər rayonunda qeydiyyatda olduğu üçün mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 35.1, 44.2.2, 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar