Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2029/2025 18.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X1 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə 18 sentyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun, yəni İddiaçı xeyrinə 3300(üç min üç yüz) manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, İddiaçı xx xxxx 1985-ci ildə Kəlbəcər rayonu Oruclu kəndində anadan olmuşdur. Məcburi köçkündür. Hazırda isə ailəsi ilə birlikdə Yevlax şəhəri 32-ci məhəllə bina 8 ev 44-də yaşayır. O, "xxxx" ASC-də qızılzinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdehlə xeyli vaxtdır ki, bir-birlərini tanıyırlar, yaxşı münasibətləri olmuşdur. O, ayrı-ayrı vaxtlarda Cavabdeha qızıl-zinət əşyalarını satmışdır. Onlardan üçün şifahi razılaşma əsasında, ikisi isə yazılı formada öz əksini tapmışdır. 18 oktyabr 2022-ci il tarixdə 2000 manat dəyərində (yazılı formada), tam şəkildə ona ödənilmişdir. 06 noyabr 2023-cü il tarixdə 580 manat dəyərində (şifahi formada), tam şəkildə ödənilmişdir. 06 noyabr 2023-cü il tarixdə 3600 manat dəyərində (yazılı formada), 300 manat iddiaçıya ödənilmiş, 3300 manat borc qalmışdır. 13 fevral 2024-cü il tarixdə 130 manat dəyərində (şifahi formada), tam şəkildə ona ödənilmişdir. 05 aprel 2024-cü il tarixdə 400 manat dəyərində (şifahi formada), tam şəkildə ödənilmişdir. Bu hallar ona məxsus qeydiyyat kitabçasında və aralarında olan vatsap yazışmalarında öz əksini tapmışdır. Göründüyü kimi Cavabdeh ayrı-ayrı vaxtlarda beş razılaşma üzrə iddiaçıdan 6710 manat dəyərində qızıl-zinət əşyaları almışdır. Onlardan 3410 manat hissəsini ödəmiş, 3300 manat isə qalmışdır. İddiaçının dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh həmin pulu ona ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddianı tam qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* seriyalı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA 051379 seriyalı məcburi köçkün vəsiqəsindən görünür ki, Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* seriyalı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, Cavabdeh tərəfindən yazılı sürətdə qeyd edilmiş müqavilədən aydın olur ki, İddiaçı hər ay 300 manat ödəmək şərtilə 3600 manat dəyərində qızıl almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli, Cavabdeh tərəfindən yazılı sürətdə qeyd edilmiş müqavilədən aydın olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qaytaracağı şərtilə 2000 manat borc pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 601.2-ci maddəsinə əsasən, Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 3300 manat dəyərində olan qızıl-zinət əşyalarını nisyə olaraq Cavabdeh satmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3300 manat borc alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3300 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2029/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2029/2025
18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver