Məhkəmə qərarları › İş №2(039)-2072/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2072/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2072/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ”ABC-Telecom” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı paltaryuyan və İMEİ Kodu **********39227 olan HOFFMANN X markalı telefon üçün 501.2 manat ödənilməmiş hissə, 50 manat cərimə, 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********15542 olan Samsung J2 markalı telefon və Power Bank üçün 114.6 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 676.8 manat borc və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 06.10.2019 və 07.12.2019-ci il tarixli müqavilələrə əsasən, HOFFMANN markalı paltaryuyan, İMEİ Kodları **********39227 olan HOFFMANN X, **********15542 olan Samsung J2 markalı telefonlar və Power Bank almış və nəticədə 676.8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1,170 manat (18 ay x 65 manat +0 manat ilkin ödəniş) HOFFMANN markalı paltaryuyan və İMEİ Kodu **********39227 olan HOFFMANN X markalı telefon üçün ümumilikdə 551.2 manat olmaqla ondan 501.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 manat cərimə, 07.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 281 manat (12 ay x 23 manat + 5 manat ilkin ödəniş) İMEİ Kodu **********15542 olan Samsung J2 markalı telefon və Power Bank üçün ümumilikdə 125.6 manat olmaqla ondan 114.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 835.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.10.2019 və 07.12.2019-ci il tarixli 00961091 və 01107292 nömrəli müqavilələrdən müəyyən olunur ki, sonuncu HOFFMANN markalı paltaryuyan, İMEİ Kodları **********39227 olan HOFFMANN X, **********15542 olan Samsung J2 markalı telefonlar və Power Bank almış almışdır. Maliyyə arayışından müəyyən olunur ki, 06.10.2019-cu il tarixli müqavilə üzrə 501.2 manat ödənilməmiş hissə, 50 manat cərimə, 07.12.2019-cu il tarixli müqavilə üzrə 114.6 manat ödənilməmiş hissə, 11 manat cərimə hesablanmışdır. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mövcud sübutlarla cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra edilməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələr üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən məbləğin düzgün hesablanmadığına, cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 06.10.2019-cu il tarixli müqavilə üzrə 501.2 manat ödənilməmiş hissə, 50 manat cərimə, 07.12.2019-cu il tarixli müqavilə üzrə 114.6 manat ödənilməmiş hissə, 11 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 706 (yeddi yüz altı) manat 80 (səksən) qəpik İddiaçı MMC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar