Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2094/2021 04.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 87 manat pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün olmaqla Mingəçevir şəhərində məskunlaşmışdır. Hazırda Mingəçevir şəhəri, H.Əliyev prospekti 52/11 ünvanında yerləşən telefon mağazasını icarəyə götürərək işlədir. Əsasən nağd, bəzən isə nisyə telefon və ya telefon aksesuarları satır. 2020-ci ilin may ayının 18-də Cavabdeh ondan bir ədəd Redmi Note 8 markalı nisyə telefon almış, bu zaman onun 504 manat borcu qalmışdır. Həmin borcu 21 yanvar 2021-ci ilə qədər ödəyəcəyinə söz vermiş, bu barədə öz xətti ilə qəbz yazaraq imzalamışdır (ərizəyə əlavə edilir). Bundan sonra 417 manat pul ödəmiş və yekunda 87 manat borcu qalmışdır. Cavabdehi pulun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə pulun ödənilməsindən yayınır ki, bu da ona xeyli miqdarda maliyyə ziyanı vurur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qiyabi icraat qaydasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh satıcı İddiaçı nisyə olaraq Redmi Note 8 markalı telefonu götürdüm 504 manat borclu qaldım. Borcumu 21 yanvar 2021-ci il tarixədək hər ay 63 manat ödəmək şərti ilə ödəyəcəm. Ödənişi iki ay müddətində gecikdirsəm satıcı İddiaçı pulu kom tələb edə bilər. “imza Cavabdeh 18.05.2020”. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh, iddiaçıya qəbz təqdim etməklə ondan nisyə olaraq Redmi Note 8 markalı telefonu götürmüş və bir ay hər ay 63 manat ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, öhdəliyi lazımınca icra etməmiş və 87 manat borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən iddiaçının həmin müqavilə üzrə yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 248-252 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 87 (səksən yeddi) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2094/2021
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2094/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver