Məhkəmə qərarları › İş №2(039)-211/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-211/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-211/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkil Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkil X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci ildə Mingəçevir şəhər 1 saylı Notariat Kontorunda Cavabdeh ilə 3M-123 və 3M-124 saylı kredit müqavilələri bağlamaqla sonuncuya 5000 manat və 5000 manat olmaqla, cəmi 10.000 manat borc vermişdir. Həmin məbləği Cavabdeh xx xxxxxx 2017-ci ilədək qaytarmağı öhdəsinə götürsə də, hazırkı müddətə qədər borcunu qaytarmamışdır. Dəfələrlə borcun qaytarılmasını tələbə etsə də, cavabdeh yaxın müddətdə borcu qaytaracağını vəd etmiş, lakin vədini yerinə yetirməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər 1 saylı X2 Aysel Raqif qızı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 3M-124 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə bağlanmış 3M-124 saylı kredit müqaviləsindən xəbərsiz olmuşdur. O, İddiaçı ilə cəmi bir dəfə 5000 manatı borc almasına dair 3M-123 saylı kredit müqaviləsi bağlamışdır. Tərəflər arasında bağlanmış hər iki müqavilənin ilk sözündən son sözünə kimi hər şey eynidir; tarix, tərəflər, məbləğ, şərtlər və sair. Müqavilələrin tarixinə baxılsa, görünər ki, birinci müqavilə saat 4:35-də, ikinci müqavilə isə saat 5:15-də bağlanıb. İki müqavilə arasında cəmi 40 dəqiqə vaxt vardır. Əgər ikinci bağlanmış müqavilə real müqavilə idisə niyə ilkin müqavilə ümumi 10.000 manatın borc verilməsi barədə bağlanmamışdır. Eyni zamanda müqaviləyə görə borcalan tərəfindən iki dəfə rüsumun ödənilməsi də borcalanın mənafeyinə uyğun deyil. Onu aldadaraq ikinci kredit müqaviləsinə imza etdiriblər. O, ikinci müqaviləni imzalayarkən onun yeni kredit müqaviləsi olduğunu bilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkil Nümayəndə ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Nümayəndə-vəkil eyni zamanda bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən dəlillər tamamilə əsassızdır. İlk kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh yenidən 5000 manat borcun verilməsi ilə bağlı Gülanə Əlyevaya müraciət edilmiş və İddiaçı yenidən kredit müqaviləsi bağlayaraq 5000 manatı qarşı tərəfə vermişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-vəkil X4 qarşılıqlı iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın qismən təmin edilməsini, yəni iddia tələbinin 5000 manat pulun tutulması hissəsinə etiraz etmədiyini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 3M-123 nömrəli kredit müqaviləsindən görünür ki, Əliyeva X1 Aysel Raqif qızına 5000(beş min) manat məbləğində borc pul vermişdir. Borcalan krediti xx.xx.2017ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 3M-124 nömrəli kredit müqaviləsindən görünür ki, Əliyeva X1 Aysel Raqif qızına 5000(beş min) manat məbləğində borc pul vermişdir. Borcalan krediti xx.xx.2017ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İlkin iddia tələbi ilə bağlı məhkəmə aşagıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqavilələrinə əsasən cəmi 10.000(5000+5000) manat məbləğində pulu cavabdehə borc olaraq vermiş, cavabdeh borc məbləğini iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşagıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İddiaçı ilə xx xxxxxx 2017-ci il tarixdə bağladığı 3M-124 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcud olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsasın mövcud olması öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Cavabdeh mübahisələndirdiyi kredit müqaviləsini aldadılaraq imzaladığını, kredit müqaviləsinə görə ona pulun ödənilmədiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə 3M-124 nömrəli notariat işində olan sənədlərdən müəyyən edilir ki, tərəflər kredit müqaviləsinin bağlanması barədə razılığa gəlmişlər, müqaviləni imzalamışlar, kreditin məbləğini 5000 manat razılaşmışlar, həmin məbləğin notariusun depozit hesabına qəbul edilməsini xahiş etmişlər və borc verən tərəfindən həmin məbləğ ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli və 10.000 manat pul Cavabdeh alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 10.000(on min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar