Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2122/2023 25.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi: X2 iştirakı ilə, Ərizəçi X2 “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair məhkəmə qətnaməsinin ləğv edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X4 şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair məhkəmə qətnaməsinin ləğv edilməsi barədə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, özünün, yəni X2 xəbərsiz itkin düşmüş hesab olunması barədə məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X4 məhkəmə iclası zamanı tələbini müdafiə edərək göstərdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1245/2021 saylı, 27 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən ərziçilər Bəy (Mirzəyeva) Sevinc Yunis qızının, Ərizəçi3nın və Ərizəçi2 şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair ərizəsi təmin edilmiş, o xx.xx.2019-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilmiş, o uzun zamandır başqa başqa rayonlarda fermalarda çoban işləmişdir. Həmin işə baxılmasından xəbəri olmamışdır. Harada olmağı barədə heç kimə məlumat verməmişdir. Buna görə də həyat yoldaşı və övladları Bəy (Mirzəyeva) Sevinc Yunis qızı, Ərizəçi3 və Ərizəçi2 Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək onun xəbərsiz itkin düşmüş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsi ilə o, xəbərsiz itkin düşmüş elan edilmişdir. Lakin, o, indi sağ-salamat geri qayıtmış və özu müəyyən ərazilərdə yaşayıb və işləmişdir. İndi dənizdə yəni Mingəçevir gölündə işləyib və yaşayır. Onun xəbərsiz itkin düşmüş hesab olunması barədə məhkəmə qətnaməsinin olmasından xəbər tutduqdan sonra o, məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, o, sağ-salamat geri qayıtdığından onun barəsində çıxarılmış məhkəmə qətnaməsi ləğv edilməlidir. Odur ki, onun xəbərsiz itkin düşmüş hesab elan edilməsi barədə məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs X4 məhkəmə iclası zamanı tələbini müdafiə edərək göstərdi ki, o başqa başqa rayonlarda fermalarda çoban işləmişdir. Harada olmağı barədə heç kimə məlumat verməmişdir. Buna görə də o Yevlax rayon məhkəməsinə ərizə ilə müraciət edərək həyat yoldaşı və övladları onun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsi ilə o, xəbərsiz itkin düşmüş hesab edilmişdir. Maraqlı şəxs Yevlax rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)- 1245/2021 saylı qətnaməsindən görünür ki, 12 iyul 1966-cı ildə Yevlax rayonu Varvara kəndində doğulmuş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olan X4 01 mart 2019-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul etmişdir. İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, X4 xx.xx.1966-cı ildə Yevlax rayonu Varvara kəndində anadan olmuş, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmuş və ona Mingəçevir regional “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 dekabr 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 110898 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X6 arasında bağlanmış nikah qeydi xx.xx.2010-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi2 və xx.xx.1998-ci il təvəllüdlü Ərizəçi3nın atası X3r. Beləliklə, məhkəmə araşdırılması nəticəsində müəyyən edildi ki, X4 xx.xx.2019-cu il tarixdən xəbərsiz itkin düşməsi hesab edilmiş və o, başqa başqa rayonlarda fermalarda çoban işləmişdir. Harada olmağı barədə heç kimə məlumat verməmişdir. Buna görə də həyat yoldaşı və övladları Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək onun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsi ilə o, xəbərsiz itkin düşmüş hesab edilmişdir. İndi isə X1-salamat geri qayıtmış, indi o dənizdə işləyib oradada yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.5-ci maddəsinə əsasən Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, X2 gəlməsi nəticəsində onun xəbərsiz itkin düşmüş hesab edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-1245/2021 saylı qətnaməsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2122/2023
Yevlax Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(039)-2122/2023
25.07.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver