Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2122/2024 11.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 13 fevral 2015-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 30 dekabr 2015-cü ildə Firuzə adlı uşaqları dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş və aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(039)-1861/2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən azyaşlı uşağı onun yanında qalmış və onun saxlanılması üçün cavabdehdən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb ona (iddiaçıya) verilməsi qət edilmişdir. Lakin o 120 manat məbləğdə alimentlə Firuzə adlı uşağına baxa bilmir. Çünki uşaq böyüdükcə onun tələbatı da artmışdır. Onun dərslikləri, geyimləri, qidalanması xeyli vəsait tələb edir. Bütün bunları isə təkbaşına edə bilmir. Hazırda da uşağına valideynlərinin köməkliyi ilə baxır. Halbuki hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Eyni zamanda da cavabdeh işləyir və yüksək qazanca malikdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.2 və 112.1-ci maddələrinə istinad edərək, 30 dekabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödənilən alimentun miqdarının artırılaraq hər ay 235 manat məbləğində müəyyən edilməsinə və cavabdehdən alnaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil məhkəməyə ərizə göndərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 13 fevral 2015-ci ildə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan 30 dekabr 2015-cü ildə Firuzə adlı uşaqları dünyaya gəlmişdir. Aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli, 2(039)- 1861/2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən azyaşlı uşağı iddiaçının yanında qalmış və onun saxlanılması üçün ondan (cavabdehdən) hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı ilə ayrıldıqdan sonra X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və həmin nikahdan Yusif adlı uşaqları doğulmuşdur. Özü "xxxx" QSC-də fəhlə işləyir və 385 (üç yüz səksən beş manat) əmək haqqı alır. Əmək haqqından başqa qazancı yoxdur. Alimentin 20 (iyirmi) manat qaldrırılmasına, yəni 140 (bir yüz qırx) manat aliment ödəməyə razıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon Salahlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 dekabr 2015-ci ildə doğulmuşdur, atası X9, anası İddiaçıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1861/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə X8 arasında Yevlax rayon Salahlı kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış xx.xx.2015-ci il tarixli, 04 saylı nikahın pozulması, 30 dekabr 2015-cü il təvəllüdlü X1 X5 yanında saxlanılması və Cavabdeh 30 dekabr 2015-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Mingəçevir regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2022-ci ildə nikahlarını bağlamışlar. İş materiallarına əlavə edilmiş Mingəçevir regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə doğulmuşdur, atası X9, anası X3r. İş materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X9 "xxxx" QSC-də fəhlə işləyir və 385 (üç yüz səksən beş) manat əmək haqqı alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1861/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 30 dekabr 2015-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği həmin uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini, cavabdehin işlədiyini, aylıq əmək haqqı aldığını, ikinci dəfə evləndiyini, həmin nikahdan bir uşağının doğulduğunu nəzərə alır və hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1861/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşaq üçün 190 (bir yüz doxsan) manat müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1861/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşağa görə 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 30 dekabr 2015-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 42.8 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2122/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2122/2024
11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver