Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2152/2023 28.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair ərizəni nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 14,627 manat əsas borcun və xx.xx.2020-ci il tarixdən hazıradək 5,000 manat dəyərində əldən çıxmış fayda ilə (gəlirlə) birlikdə ümümilikdə 19,627 manat pulun alınıb biz iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, ərizəçi Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Qeyd olunmalıdır ki, iddia ərizəsində iddiaçı kimi İddiaçı1, onun qanuni nümayəndəsi kimi Eytibar Məmmədov göstərilərək hər ikisi tərəfindən iddia ərizəsi imzalansa da, qanuni nümayəndənin səlahiyyətlərini təsdiq edən müvafiq sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə X1 Məmmədovanın digər orqanlarda nümayəndəsi ola biləcəyini özündə əks etdirən etibarnamənin notarial qaydada təsdiq edilməyən surəti əlavə edilmişdir ki, bu da, ona məhkəmədə həmin şəxsi təmsil etmək, iddia ərizəsini imzalamaq kimi səlahiyyətlərini vermir. Eyni zamanda qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavə edilən sənədlər notarial qaydada təsdiq olunmalı olduğu halda bu tələbə riayət edilməmişdir. Bundan başqa, iddia ərizəsində cavabdehdən pul məbləğinin tutulması qeyd edilsə də, hər bir iddiaçının ayrılıqda tələbi göstərilməmiş, bu, hüquqi cəhətdən əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 149 maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən, habelə həmin Məcəllənin 152-ci maddəsnin tələbləri baxımından qeyd edilən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçılara izah edilməlidir ki, istinad edilən tələblərə riayət etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.1, 152.1.2, 152.1.7, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2152/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2152/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver