Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2160/2022 16.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3844.99 manat pulun və ödənilmiş 59 manat dövlət rüsumunun, 3903.99 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 102GTUM152870002 №-li kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 27% faiz olmaqla, cəmi 4100 manat kredit verilmişdir. Bundan başqa "xxxx" ASC ilə onun yəni, İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 102GTUM152870002 №-li zaminlik müqaviləsinə əsəsən, İddiaçı və Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün bank məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh və İddiaçı müştərək qaydada 3948.17 manat məbləğində əsas borcu, 727.23 manat faiz borcu cəmi 4675.40 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun məcburi qaydada alınaraq "xxxx" ASCyə ödənilməsi əmr edilmişdir. Həmin məhkəmə əmri icraya yönəlmiş və əmrin icrası ilə əlaqədar olaraq onun əmək haqqından 2020-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına kimi cəmi 3844.99 manat pul tutulmuşdur. Həmçinin o, dövlət rüsumunun əvəzi kimi 59 manat da ödəmiş və hazırda onun pullarını cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul edərək, iddiaçıya olan borcun gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 2(039)-2453/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, borclular Cavabdeh və İddiaçı müştərək qaydada 3948.17 manat məbləğində əsas borcu, 727.23 manat faiz borcu, cəmi 4675.40 manat məbləğində pul vəsaiti və 20 manat məbləğində dövlət rüsumunun məcburi qaydada alınaraq "xxxx" ASCyə ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası “X1” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktor R.Salmanovun RS-01/185 №li 11 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı əmək haqqından 4161.59 manat tutulmalar aparılmış və rekvizitlərə köçürülmüşdür. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 135000/1031701 saylı məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, məhkəmə əmrinə əsasən borclular Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə ümumilikdə 4675.4 manat məbləğində kredit borcu və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması Yevlax İcra orqanına göndərilmiş, borclu İddiaçı “X1” QSC-də işləyir. Hazırda borcu məbləği 3844.99 manatdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan 3844.99 manat borcunu ödəmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı zamin kimi cavabdehin əvəzinə onun öhdəliyini icra etdiyindən cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur və buna görə də iddia təmin təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bank xidmətləri üçün ödənilmiş 59 manat dövlət rüsumu kimi ödənilmiş cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3844 (üç min səkkiz yüz qırx dörd) manat 99 (doxsan doqquz) qəpik dövlət rüsumuna görə ödənilmiş 59 (əlli doqquz) manat, alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2160/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2160/2022
16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver