Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2163/2023 12.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 7,000 manat borcunu və 80 manat dövlət rüsumunu tutularaq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci ildə ondan 750 əyarlıq, 46 qram qızıl almışdır. Aldığı qızıla görə yazılı qəbz vermişdir və bu qızılın pulunu öz aralarında bir müddətə ödəyəcəyini bildirmişdir. Lakin sonradan pulun ödəyəcəyini ləngitmişdir, dəfələrlə qapılarına gedib pulu istəmiş, pulu yoxdur deyib olanda ödəyəcəyini bildirmişdir. Ümumilikdə 7,000 manat dəyərində ziyan vurmuşdur. Ona görə də iddiasında israrlıdır hesab edir ki tələbi tam əsaslıdır. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun tərəfindən təqdim edilmiş bütün qəbzlərdə olan imzalar cavabdeh tərəfindən şəxsən icra edilmişdir. Onun tərəfindən qəbzlərə hər hansı əlavə qeyd aparılmamışdır. Cavabdeh iclas zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, 10 il öncə, oğlu evlənən zaman həqiqətən iddiaçıdan 750 əyarlı 46 qram çəkidə olan qızıl almış və hissəhissə dəyərini ödəyəcəyinə vəd vermişdir. Bu müddət ərzində özünə məxsus torpaq sahəsini satmış, daha sonra isə Bankdan kredit götürərək həmin qızılın pulunu İddiaçı tam olaraq ödəmişdir. Pulu ödəyərkən İddiaçı bu barədə hər hansı qəbz almamışdır. Pulu hissə-hissə, müxtəlif vaxtlarda və yerlərdə İddiaçı ödəmişdir. Lakin, İddiaçı bununla kifayətlənməmiş və ondan əlavə faizləri də tələb etməyə başlamışdır. 2021-ci ildə İddiaçı tələb etmişdir ki, bu barədə ona qəbz versin. Onun təzyiqlərinə tab gətirməyək bu barədə qəbzi imzalamış və ona vermişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş xx.xx.2021-ci il tarixli qəbzdə qeyd olunur ki, “Səfərova X1 Solmazdan yeddi yüz əlli əyarlı 46 qram qızıl almışam 10 aydan sonra verəcəm. imza S.Durna 22.04.21” "xxxx" MMC tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli ƏQ-263/2023 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, təqdim edilmiş fotoşəkillərə əsasən 01 (bir) sayda qızılzinət əşyasının müqayisə yanaşması ilə real bazar qiyməti 6,992 (altı min doqquz yüz doxsan iki) manat təşkil edir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan 750 əyarlı 46 qram çəkidə qızıl almış və üzərinə dəyərini 10 aydan sonra ödəmək barədə öhdəlik götürmüşdür. Bunun təsdiqi olaraq cavabdeh 22 aprel 2021-ci il tarixdə bu barədə qəbzi imzalayaraq iddiaçıya təqdim etmişdir. İddiaçı həmin qəbzə istinad edərək alınmış qızılın dəyərinin ödənilməsini tələb edir. Cavabdeh isə qızılı 10 il öncə aldığını və dəyərini tam olaraq ödədiyini, qəbzi iddiaçının təkidi nəticəsində imzaladığını qeyd etsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, təqdim edilmiş qəbzin həqiqiliyini və eibarlılığını şübhə altına alan sübutlar müəyyən edilmədiyindən, cavabdeh isə həmin qəbz əsasında üzərinə götürmüş olduğu öhdəliyi icra etməsini təsdiq edən sübutlar təqdim etmədiyindən iddiaçının tələbi əsaslıdır. Lakin, iddiaçı qızılın dəyərinin 7,000 manat təşkil etdiyini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəyə əsasən isə 750 əyarlı, 46 qram qızılın müqayisə yanaşması ilə real bazar qiyməti 6,992 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6,992 manat, habelə həmin məbləğə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Lakin müəyyən olunur ki, iddiaçı 90 manat dövlət rüsumu ödəməli olduğu halda 80 manat ödəmişdir. Bu səbəbdən cavabdehdən 79.92 manat iddiaçının, 10 manat dövlət rüsumu isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyindən mütəxəssis rəyinin alınmasına çəkilmiş xərc cavabdehdən "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6,992 manat borc, habelə 79.92 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 7,071 (yeddi min yetmiş bir) manat 92 (doxsan iki) qəpik İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu dövlət büdcəsi xeyrinə tutulsun. Cavabdeh 80 (səksən) manat tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2163/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2163/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver