Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2164/2023 30.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı X4 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Rüstəm Quliyev Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7,000 manat məbləğində olan borcun, 90 manat dövlət rüsumunun tutulub verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırılmışdır ki, cavabdehə özünə traktor alması üçün 7,000 manat borc pul vermiş və cavabdeh həmin puldan özünə traktor alaraq bu günə kimi özünə pul qazanır. Həmin pul məbləğini 2021-ci il tarixdə vermişdir. Aralarında olan səmimi münasibətlər səbəbindən onun aldadacağına inanmamışdır. Cavabdeh Rəvan Allahvediyev borcunu qaytarmağa söz versə də, borcunu bu günədək qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Ona görə də məcburiyyət qarşısında qalaraq cavabdeh X3 ümumilikdə 7,000 manat məbləğində pulun alınması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa Rüstəm Quliyev əlavə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehin anası Kübra və qardaşı Elşən Rəvandan ayrı olaraq hərəsi ayrı ayrılıqda öz tələbatları üçün ona məxsus mağazadan nisyə alış-veriş etmişlər. Hal-hazırda Rəvanın anasının və qardaşının ayrı-ayrılıqda özlərinin kifayət qədər borcları vardır. Rəvanın anası Kübranın pensiya kartı mağazadan özü alış veriş etdiyi üçün ona vermişdir. Bu səbəbdən də Rəvanın 7 min manat borcunun heç bir hissəsini qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçı Rüstəm Quliyev məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh 10 iyun 2021-ci il tarixdə 7,000 manat borc pul vermiş və sonuncu, buna dair qəbzi şəxsən imzalayaraq ona təqdim etmişdir. Bundan bir müddət sonra borcunu ondan tələb etsə də, Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən yayınmış, daha sonra isə anasına məxsus kartı ona təqdim edərək oradan hər ay pul çıxarmağa razılıq vermişdir. Cavabdeh anası Məleykə Allahverdiyevaya məxsus pensiya kartından 984 manat pul çıxarmış və borca hesablamışdır. Hazırda Cavabdeh ona 6,016 manat borcu qalmışdır. Bundan başqa, Cavabdeh özü, onun anası və qardaşı müxtəlif vaxtlarda ona məxsus dükandan nisyə mal almış və onun pulunu tam olaraq ödəməmişlər. Lakin, həmin məbləğlərin hazırkı qəbz əsasında olan borca aidiyyəti yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclası zamanı iddianı qəbul etməyərək bildirmişdir ki, Rüstəm Quliyevdən 2014-cü ildən öncə xatırlamadığı məbləğdə faizlə pul götürmüşdür və bu səbəbdən həmin ildən anası Məleykə Allahverdiyevaya məxsus Bank kartını ona vermişdir ki, hər ay həmin kartdan pul çıxarıb borca hesablasın. Bu müddət ərzində Rüstəm Quliyev mütəmadi olaraq kartdan pul çıxarıb borca hesablamışdır. 2021-ci ildə Rüstəm Quliyev bildirmişdir ki, borc faizlə birlikdə 7,000 manat təşkil edir və tələb etmişdir ki, bu barədə ona qəbz versin. Rüstəm Quliyevin təzyiqlərinə dözməyərək bu barədə ona qəbz vermişdir. Bundan sonra da Rüstəm Quliyev onun anasına məxsus Bank kartından hər ay pul çıxarmışdır. Bu səbəbdən ona hər hansı məbləğdə borcu qalmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh 2021-ci il 10 6 2021də X2 7 min manat borc aldım. Söz verirəm həmin pulu –qaytarmasam əgər qaytara bilməsə dövlət orqana müraciət edə bilər. Qəbz özüm yazdım öz imzamla təsdiq edirəm imza Cavabdeh” "xxxx" ASC tərəfindən X1 adına olan təqaüd kart hesabından çıxarış, habelə kart üzrə aparılmış əməliyyatlara dair mövcud foto görüntülər təqdim edilmişdir. Həmin çıxarışa əsasən 19 yanvar 2021-cı il tarixdən 16 avqust 2023-cü il tarixədək aparılmış əməliyyatlar üzrə foto görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 19 yanvar 2021-cı il tarixdən 16 avqust 2023-cü il tarixədək həmin kart üzrə ATM vasitəsi ilə əməliyyatlar aparılmış və cəmi 9.158.02 manat pul çıxarılmışdır. (sıyahı əlavə edilir) Foto görüntülərdə iddiaçı tərəfindən 16 sentyabr 2022-ci il tarixdə (43 manat), 14 oktyabr 2022-ci il tarixdə (94 manat), 18 yanvar 2023-cü il tarixdə (56 manat) və 17 fevral 2023-cü il tarixdə (140 manat) iddiaçı Rüstəm Quliyev tərəfindən pul çıxarılması təsdiqini tapır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh Rəvan Alahverdiyev bu barədə qəbz imzalamaqla iddiaçı Rüstəm Quliyevdən 10 iyun 2021-ci il tarixdə 7,000 manat borc aldığını qeyd etmişdir. Cavabdeh həmin tarixdə və qeyd edilən məbləğdə pulu borc olaraq götürmədiyini, borc olaraq daha əvvəl aşağı məbləğdə pulu faiz ödəmək şərti ilə götürdüyünü, cavabdehin təkidi əsasında həmin qəbzi imzaladığını bildirsə də, bunun təsdiqi olaraq hər hansı sübut təqdim etməmişdir. Bundan başqa Cavabdeh götürdüyü borcu ödəmək üçün anasına məxsus Bank kartını iddiaçı Rüstəm Quliyevə verdiyini, sonuncu isə həmin borc məbləğində pulu Bank kartından çıxardığını bildirmişdir. Lakin, "xxxx" təqdim edilmiş foto görüntülərlə cavabdehin bu dəlili qismən təsdiqini tapmışdır, belə ki, iddiaçının həmin Bank kartından yalnız 16 sentyabr 2022-ci il tarixdə 43 manat, 14 oktyabr 2022-ci il tarixdə 94 manat, 18 yanvar 2023-cü il tarixdə 56 manat və 17 fevral 2023-cü il tarixdə 140 manat pul çıxarılması təsdiqini tapmışdır. İddiaçı isə cavabdehin anasına məxsus Bank kartından 984 manat çıxardığını etiraf etmişdir. Cavabdeh daha əvvəl də anasına məxsus Bank kartının iddiaçıda olduğunu qeyd etsə də, bunun 2021-ci ildə verdiyi qəbzlə əlaqəsini sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia 6,016 manat hissəsində təsdiqini tapdığından yalnız həmin məbləğdə pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Eyni zamanda təmin edilən məbləğə mütənasib ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6,016 (altı min on altı ) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80.16 manat, cəmi 6,096 (altı min doxsan altı) manat 16 (on altı) qəpik iddiaçı X4 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2164/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2164/2023
30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver