Məhkəmə qərarları › İş №2(039)-2164/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2164/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2164/2025 07.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehlərə 8077 (səkkiz min yetmiş yeddi) manat məbləğində borc vermişdir. Müqavilənin şərtlərinə əsasən cavabdehlər xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay 500 (beş yüz) manat məbləğində ödəniş etməyi öhdələrinə götürmüşlər. Cavabdehlər borca verilmiş pul vəsaitindən istifadə etmiş, lakin onlar tərəfindən müqavilə şərtləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, borc üzrə 8077 (səkkiz min yetmiş yeddi) manat pulu ödəməmiş və hər dəfə o cavabdehlərdən borcun qaytarılmasını tələb etdikdə cavabdehlər müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışlar. Mübahisənin məhkəmədənkənar həlli üçün o səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 425.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8077 (səkkiz min yetmiş yeddi) manat borc pulun, 100.77 (bir yüz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını və Cavabdeh1 8077 (səkkiz min yetmiş yeddi) manat borc pulun, 100.77 (bir yüz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 (qrx qəpik) bank xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 və bacısı Cavabdeh2 əvvələr tanımışdır. Cavabdeh2 pul ehtiyacı olduğu üçün ondan bir il əvvəl 1-2 ay müddətinə 8077 (səkkiz min yetmiş yeddi) manat borc pul almışdır. Maddi vəziyyəti yaxşı olmadığı üçün pulu qaytara bilməmişdir. Cavabdeh2 qardaşı Cavabdeh1 ilə birlikdə onun yanına gəlmişlər. Cavabdeh1 işlədiyini bildirərək, bacısına kömək etmək istədiyini, həmin borcu bacısının yerinə hər ay 500 manat olmaqla hissə-hissə ödəyə biləcəyini bildirmiş və ona xx.xx.2025-ci il tarixədək vaxt verməsini xahiş etmişdir. Cavabdeh1 öz xətti ilə ona yazılı qəbz vermiş, həmin qəbzdə bacısı ilə birlikdə ondan 8077 (səkkiz min yetmiş yeddi) manat borc pul aldıqlarını, aldıqları borcu xx.xx.2025-ci il tarixədək hər ay 500 manat ödəməklə ödənilib qurtaracaqları, 500 manatdan az ödəniş etdikləri halda onlara qarşı məhkəməyə müraciət olunmasına etiraz etmədikləri qeyd olunmuş və hər ikisi qəbzi imzalamışlar. Lakin heç bir ödəniş etməmişlər. Borcu öhdəsinə götürüb qəbzi Cavabdeh1 yazdığına görə borcu ondan tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 8077 (səkkiz min yetmiş yeddi) manat borc pul almışlar və aldıqları pulu xx.xx.2025-ci il tarixədək qaytaracaqlarına dair öhdəlik götürmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 bacısı Cavabdeh2 İddiaçı 8077 (səkkiz min yetmiş yeddi) manat borc pul almış, aldığı pulu qaytara bilməmiş və Cavabdeh1 həmin borcu hər ay 500 (beş yüz) manat ödəyəcəyinə dair öhdəlik götürərək, bu barədə xx.xx.2025-ci il tarixli qəbz yazaraq iddiaçıya vermişdir. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmiş və buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 həmin qəbzi imzalamaqla borcun qaytaralımasına dair öhdəlik götürmüşdür. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya 8077 (səkkiz min yetmiş yeddi) manat borcu qalmışdır. Buna görə də yaranmış borc cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 8077 (səkkiz min yetmiş yeddi) manat borc pul, 100.77 (bir yüz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar