Məhkəmə qərarları › İş №2(039)-2180/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2180/2023

16.11.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2180/2023 16.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, 19 avqust 1969-cu il təvəllüdlü X1 xəbərsiz itkin düşmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdiər. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqdim edilmiş ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllə: Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu 100 (bir yüz) manat dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar