Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2193/2024 18.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun (iddiaçının) mülkiyyətində olan Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 16 saylı evin 26 saylı mənzilinə vurmuş olduğu maddi ziyana görə 313 (üç yüz on üç) manat dəymiş ziyanın, 200 (iki yüz) manat usta haqqının, cəmi 513 (beş yüz on üç) manat pulun, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsində yerləşən 16 saylı evin 26 saylı mənzili onun (iddiaçının) mülkiyyətindədir. Bu barədə ona (iddiaçıya) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Lakin ondan üst mərtəbədə yaşayan qonşusu Cavabdeh onun (iddiaçının) mənzilinə su axıdır. Belə ki, 2024-cü ildə cavabdeh onun (iddiaçının) mülkiyyətində olan mənzilə dörd dəfədir ki, su axıdır. Cavabdeh ilkin olaraq 12 fevral 2024-cü il tarixdə, sonuncu dəfə isə 20 aprel 2024-cü il tarixdə mənzilinə su axıtmışdır. Bunun nəticəsində onun mənzilinin dəhlizi, tavanı, hamamı və sanitar qovşağı yararsız hala düşmüş və mənzilə 313 (üç yüz on üç) manat məbləğində maddi ziyan dəymişdir.Usta xərci olmaqla mənzilin təmir olunması üçün 513 (beş yüz on üç) manat vəsait tələb olunur.Bu hal Mingəçevir şəhər 3 saylı Mənzil İstismar Sahəsi tərəfindən tərtib olunmuş 29 aprel 2024-cü il tarixli aktla da təsdiqini tapır. O (iddiaçı) dəfələrlə cavabdehdən mənzilinə su axıdılmasının qarşısının alınmasını, mənzilə dəymiş maddi ziyanın aradan qaldırılmasını tələb etsə də, cavabdeh bunların heç birinə əməl etməmiş, əksinə hara istəyirsə şikayət etməsini bildirmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalımışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzğumununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə qonşudurlar. Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsi 16 saylı evin 28 saylı mənzili onun (cavabdehin) mülkiyyətindədir və cavabdehin mülkyyətində olan mənzil bir mərtəbə aşağıda yerləşir. Onun (cavabdehin) mülkiyyətində olan mənzildən iddiaçının mülkiyyətində olan mənzilə 2024-cü ilin aprel ayında hansı səbəbdən su axmasından məlumatı olmamışdır. Bu barədə iddiaçı ona məlumat verdikdən sonra iddiaçının mülkiyyətində olan mənzilə baxmış və həqiqətən də su axdığını görmüşdür. Hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilə tələb edilən məbləğdə ziyan dəyməmişdir. İddiaçıya mənzilin su axan hissəsini təmir etdirməyi təklif etsə də, iddiaçı onunla razılaşmamış və mənzilin qapısını açmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, RX ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 16 saylı evin 26 saylı mənzili İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsi 16 saylı evin 28 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Mingəçevir Şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 16, mənzil 26-da yaşayan İddiaçı müraciəti ilə bağlı mənzilə baxış keçirilmiş, baxış zamanı Cavabdeh yaşadığı 28 saylı mənzildən 26 saylı mənzilin dəhliz, tavan, hamam və sanitar qovşaq hissəsinə səhlənkarlıqdan su axıtması nəticəsində boya materialları, döşəməsi islanmış və yararsız hala düşmüşdür. Mənzilin dəhliz hissəsində divar kağızına 10 kv.m, dəhlizin tavanına (emulsiya) 18 kv.m, dəhlizin döşəməsinə 2.75 kv.m, sanitar qovşağın tavanının (emulsiya) 1.5 kv.m hissəsinə ziyan dəymişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 46 saylı rəydən görünür ki, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 16 saylı evin 26 saylı mənzilinə baxış keçirilmiş və baxış zamanı mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün ümumilikdə 513 (beş yüz on üç) manat (material üçün 313 manat, usta haqqı 200 manat) vəsait tələb olunduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün "xxxx" MMC-nin hesabına xidmət haqqı olaraq 40 (qırx) manat ödənilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, hazırkı iddianın verilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsi 16 saylı evin 28 saylı mənzilindən iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi 16 saylı evin 26 saylı mənzilinə su axıdılmış, Azərbaycan Respublikası Mingəçevir Şəhəri Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı müraciəti ilə bağlı mənzilə baxış keçirilmiş, baxış zamanı Cavabdeh yaşadığı 28 saylı mənzildən 26 saylı mənzilə su axıdılması öz təsdiqini tapmış, bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənzilə dəymiş ziyanın aradan qaldırılması üçün ümumilikdə 513 (beş yüz on üç) manat (material üçün 313 manat, usta haqqı 200 manat) vəsait tələb olunduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələb edilsə də, cavabdeh həmin ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında cavabdeh dəymiş ziyanın daha az olduğunu göstərsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq cəmi 513 (beş yüz on üç) manat pul, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2193/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2193/2024
18.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver