Məhkəmə qərarları › İş №2(039)-2218/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2218/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2218/2021 07.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 7,512 AZN əsas, 1,258.23 AZN faiz, 13.28 AZN cərimə cəmi 8,783.51 AZN borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış 10.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə idik 25% ödəmək şərti ilə 7,512 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqavilə əsasən görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 28 avqust 2021-ci il tarixə kredit müqaviləsi üzrə 7,512 AZN əsas, 1,258.23 AZN faiz, 13.28 AZN cərimə, cəmi 8,783.51 AZN borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmidir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onun tərəfindən qeyd edilən müddət ərzində ödənişlər edilmişdir. Lakin, ödənilən məbləğlər iddiaçı Bank tərəfindən yalnız faizə silinmişdir. İddianın qismən, əsas borc hissəsində təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2020-ci il tarixli 826nkBRD/20 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 7,512 AZN məbləğində kredit verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, qeyd edilən müqavilə üzrə 28 avqust 2021-ci il tarixə 7,512 AZN əsas, 1,258.23 AZN, 13.28 AZN faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına, habelə cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmişdir. Cavabdeh tərəfindən ödənilmiş pulun borca düzgün hesablanmadığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10 avqust 2020-ci il tarixli 826nkBRD/20 saylı kredit müqaviləsi üzrə 7,512 manat əsas, 1,258.23 manat faiz, 13.28 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 8,813 (səkkiz min səkkiz yüz on üç) manat 51 (əlli bir) qəpik iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar