Məhkəmə qərarları › İş №2(039)-2238/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2238/2021

26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2238/2021 26.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 06.10.2007-ci il təvəllüdlü Cavabdeh oğlu və 05.11.2009-cu il təvəllüdlü X2 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün Yevlax Rayon Məhkəməsinin 21 yanvar 2002-ci il tarixli, 2(039)-356/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması, hər ay hər uşağın saxlanması üçün 175 manat olmaqla, 350 manat manat məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 19.11.2006-cı ildə faktiki ailə münasibətlərinə daxil olmuş və nikahlarını 07.09.2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 06.10.2007-ci il təvəllüdlü X4 və 05.11.2009-cu il təvəllüdlü X2 adlı iki övladı olmuşdur. Ailə münasibətləri baş tutmadığından aralarında olan nikah Yevlax Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş və uşaqlar onun himayəsində qalmışdır. Eyni zamanda uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla 240 manat məbləğində aliment təyin edilmişdir. Cavabdeh təyin edilmiş alimenti belə ödəmir. Hazırda heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. Cavabdeh onu və övladlarını yaşadığı evdən çıxardığından kirayədə yaşamağa məcbur olmuşlar. Buna görə də, o, uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Uşaq böyüdükcə onun tələbatı da artır. Cavabdeh isə uşağına lazimi qaydada köməklik göstərmir. Halbuki, onun maddi vəziyyəti çox yaxşıdır. Belə ki. hazırda iki yerdə mühafizəçi işləyir. Aldığı aliment məktəbli olan uşaqlarının kitab dəftərini almağa belə yetmir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 21 yanvar 2002-ci il tarixli qətnaməsi ilə ondan hər ay 120 manat pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, əmək haqqı 125 manat təşkil edir. Başqa yerdə işləmir və başqa gəliri yoxdur. Təyin edilmiş alimenti belə qohumlarının maddi dəstəyi ilə ödəyir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(039)- 356/2020-ci il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, Cavabdeh 20 dekabr 2019-cu il tarixdən başlayaraq 06 oktyabr 2007-ci il təvəllüdlü Aminin və 05 noyabr 2009-cu il təvəllüdlü Həbibənin yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 02 №-li, 13 oktyabr 2021-ci il tarixli arayışından təsdiq olunur ki, Cavabdeh həqiqətən 13 oktyabr 2021-ci il tarixdən gözətçisi işləyir. Orta aylıq əmək haqqı 125 manat təşkil edir. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay hər uşağın saxlanılması üçün 175 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Lakin, məhkəmə, azyaşlı uşağın diqqətəlayiq mənafeyini rəhbər tutaraq, habelə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını da nəzərə alaraq belə qənaətə gəlir ki, əvvəl müəyyən edilmiş alimentin miqdarı azyaşlı uşağın ehtiyaclarının maddi cəhətdən ödənilməsinə hazırda yetmir, bu səbəbdən iddia qismən təmin edilməli, aliment məbləğində və 125 manat həddində müəyyən edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, alimentin miqdarının artırılması bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(039)-356/2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 06 oktyabr 2007-ci il təvəllüdlü X3 və 05 noyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 125 (bir yüz iyirmi beş) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar