Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2255/2023 03.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh1 hüquqi varisi Cavabdeh2 iştirakı ilə İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı borcun tutulması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 14,574.94 - bundan 5,388.93 manat əsas, 4,564.11 manat faiz, 3,822.40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 799.50 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 21 faizlə 10,000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 14,574.94 manat təşkil edir. Bundan 5,388.93 manat əsas, 4,564.11 manat faiz, 3,822.40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 799.50 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********143 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh1 22 may 2021-ci il tarixdə ölmüşdür. Bu, AZ-İİ 171114 nömrəli, 27 may 2021-ci il tarixli Ölüm haqqında şəhadətnamə ilə təsdiqini tapmışdır. Yevlax Rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən bildirilmişdir ki, mərhum Cavabdeh1 adına Yevlax rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Yevlax rayon qeydiyyat şöbəsinin 1547 №-li 24 dekabr 2021-ci il tarixli arayışında qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1970-ci il tarixdə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olan və Yevlax rayon Nemətabad kəndində qeydiyyatda olmuş mərhum Cavabdeh1 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2021-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: Həyat yoldaşı Cavabdeh2, qızı X2, oğlu X3 və X1r. Bunun əsasında onun prosessual hüquqi varisi Cavabdeh2 cavabdeh qismində tanınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Hikmət Həsənli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesslərinin çoxluğu, mürəkkəbliyi nəzərə alaraq məhkəmə iclasını iştirakı olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən əri Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən kredit müqaviləsi əsasında 24 ay müddətinə illik 21 % ödəmək şərti ilə 10,000 manat kredit götürülmüşdür. Lakin sonradan onun xəstəliyi ilə bağlı məsrəflər olmuş və maddi çətinliklərlə üzləşdiklərindən borcu qaytara bilməmişlər. 08 may 2021-ci il tarixdə isə əri Cavabdeh1 ölmüşdür. Hazırda da maddi çətinliklər səbəbi ilə borcu qaytarmaq iqtidarında deyil. Cavabdeh1 adına torpaq sahəsi mövcud olmuşdur, hazırda həmin torpaq sahəsi onun faktiki istifadəsindədir. İddianın qismən yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş 15 noyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə təsdiq olunur ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 ay müddətinə 10.000 manat kredit xətti açılmış və istifadə edilən məbləğdən asılı olaraq faizlər müəyyən edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, həmin müqavilə üzrə 5,388.93 manat əsas, 4,564.11 manat faiz borcu yaranmış, 3,822.40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən gecikdirilmiş vaxt üçün illik 5 % ilə 799.50 manat faiz hesablanmışdır. DƏDRX 17 saylı Ərazi İdarəsinin 05 mart 2022-ci il tarixli məktubunda qeyd edilir ki, Cavabdeh1 adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-161 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə Yevlax rayonu, Səmədabad kəndində ümumi birgə mülkiyyət hüququ ilə (mülkiyyət üzrə 3 nəfər) 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir və Yevlax rayonu, Səmədabad kəndində 0.22 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yalnız torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ (mülkiyyət hüququ üzrə 4 nəfər) xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi üzrəində xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin Yevla filialında yüklülüyü qeydiyyata alınmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Məhkəmənin hüquqi mövqeyi: Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mərhum Cavabdeh1 kredit müqaviləsi əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 21 %-dək olmaq şərti ilə 10,000 AZN manat pul verilmiş, lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Cavabdeh1 27 may 2021ci il tarixdə ölmüşdür. Cavabdeh1 adına olan torpaq sahələrinin Cavabdeh2 tərəfindən faktiki qəbul edilməsi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində Cavabdeh2 münasibətdə əsaslıdır, həmin məbləğ Cavabdeh2 tərəfindən də mübahisələndirilmədiyindən əsas borc ondan iddiaçı Bankın xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti üçün hesablanmış faiz borcu, cərimə borcu və gecikdirilmiş vaxt üçün faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Belə ki, mövcud sübutlar əsasında müəyyən edilir ki, kredit müqaviləsi üzrə ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödənişlər lazımi qaydada edilməmiş və bununla da həmin dövrlərdə artıq borc yaranmışdır. Buna baxmayaraq ona münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında nəzərdə tutulmuş müddəalar tətbiq edilməmişdir. Halbuki, mərhum Cavabdeh1 ardıcıl olaraq öhdəliyi icra etmədiyi təqdirdə iddiaçı müqavilənin ləğv edilməsi və borcun ödənilməsini tələb etməli idi. Lakin, müqavilə üzrə münasibətlər formal olaraq davam etdirilmiş, bu səbəbdən Fərmanın tələbləri cavabdehə münasibətdə tətbiq edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Bu səbəbdən restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu, cərimə və gecikdirilmiş vaxt üçün faiz borcu hissəsində rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 15 noyabr 2015-ci il tarixli 300/B15 nömrəli kredit müqaviləsi üzrə 5,388.93 manat əsas borc, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, ümumi 5,418 (beş min dörd yüz on səkkiz) manat 93 (doxsan üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2255/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2255/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver