Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-226/2022 22.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R000005986 saylı kredit razılaşması üzrə 7864.46 manat məbləğində kredit borcu, 1295.02 manat məbləğində faiz borcu və 1793.1 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10952.58 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122.86 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, Qorçuyev Qaçay Alməmməd oğluna İddiaçı QSC ilə bağladığı 23 sentyabr 2013-cü il tarixli 15L000002321 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Qorçuyev Qaçay Alməmməd oğlu İddiaçı QSC ilə bağladığı 30 sentyabr 2014-cü il tarixli 015R000005986 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Qorçuyev Qaçay Alməmməd oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 01 sentyabr 2015ci il tarixdən banka qaytarmamışdır. Qorçuyev Qaçay Alməmməd oğlu götürdüyü kredit borcundan 2135.54 manat ödəmiş, onun 7864.46 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Qorçuyev Qaçay Alməmməd oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02 noyabr 2021-ci il tarixə 2254 gün üçün hesablanmış faiz borcu 1295.02 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 02 noyabr 2021-ci il tarixə 2254 gün üçün hesablanmış cərimə 1793.1 manat təşkil edir. İddiaçı QSC-nin nümayəndəsi Aidə Osmanlı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclaslarını iştirakları olmadan keçirməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 03 dekabr 2021-ci il tarixli 6771 saylı arayışdan məlum olur ki, Qorçuyev Qaçay Alməmməd oğlunun 015R000005986 saylı 30 sentyabr 2014-cü il tarixli kredit razılaşması üzrə 7864.46 manat əsas, 1295.02 manat faiz, 1793.1 manat cərimə, cəmi 10952.58 manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2013-cü il tarixli 15L000002321 saylı kredit xətti müqaviləsindən məlum olur ki, Qorçuyev Qaçay Alməmməd oğluna 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 sentyabr 2014-cü il tarixli 15R000005986 saylı kredit razılaşmasından məlum olur ki, Qorçuyev Qaçay Alməmməd oğluna 23 sentyabr 2013-cü il tarixli 15L000002321 saylı kredit xətti müqaviləsi əsasında 10000 manat kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 03 dekabr 2021-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, İddiaçı QSC tərəfindən 122.86 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 sentyabr 2013-cü il tarixli 15S000004112 saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmış, müqavilə 23 sentyabr 2013-cü il tarixli 15L000002321 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə icranı təmin etmək məqsədi ilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 sentyabr 2014-cü il tarixli 15S000005691 saylı zaminlik müqaviləsindən məlum olur ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında zaminlik müqaviləsi bağlanmış, müqavilə 23 sentyabr 2013-cü il tarixli 15L000002321 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə icranı təmin etmək məqsədi ilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh1 xx xxxxxxxx 1965-ci il tarixdə Yevlax rayonu, Varvara kəndində anadan olmuş, Yevlax rayonu, Varvara kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh2 20 avqust 1954-cü il tarixdə Yevlax rayonu, Salahlı kənidndə anadan olmuş, Yevlax rayonu, Salahlı kənidndə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon 1 saylı Notariat ofisinin 26 noyabr 2021-ci il tarixli 941 saylı cavabından görünür ki, Qorçuyev Qaçay Alməmməd oğlunun adına Yevlax rayon 1 və 2 saylı notarit ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon İcra Hakimiyyəti Başçısının Aparaıtının 03 iyun 2021-ci il tarixli 1390 saylı cavabından görünür ki, Qorçuyev Qaçay Alməmməd oğlunun adına olan Salahlı kəndində yerləşən 2.66 hektar və 2.3931 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki olarq kimlərin istifadəsində olması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 27 yanvar 2021-ci il tarixli **********93 saylı cavabından görünür ki, Qorçuyev Qaçay Alməmməd oğlunun və Cavabdeh2 ümumibigə mülkiyyət hüququ üzrə 04 sentyabr 2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 1793.10 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə, Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Həmin Qərara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Mövcud sübutlarla cavabdeh Qorçuyev Qaçay Alməmməd oğlu tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və bu səbəbdən iddiaçının onun yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Lakin, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı QSC ilə Qorçuyev Qaçay Alməmməd oğlu arasında bağlanmış kredit xətti müqaviləsində kredit xəttinin məbləği və ümumi müddəti göstərilsə də, kredit razılaşması üzrə veriləcək məbləğin qaytarılması üçün konkret müddət və faiz dərəcəsi müəyyən edilməmişdir və hazırkı iş üzrə zaminlər həmin kredit xətti üzrə üzərilərinə öhdəlik götürmüşlər. Kredit xəttinin şərtlərinə görə, veriləcək məbləğ, onun qaytarılması üçün müddət və faiz dərəcəsi ayrıca bağlanacaq kredit razılaşması üzrə olmalıdır. Bu səbəbdən İddiaçı QSC ilə Qorçuyev Qaçay Alməmməd oğlu arasında 30 sentyabr 2014-cü il tarixdə kredit razılaşması imzalanmış, bu razılaşma əsasında ona 36 ay müddətinə, aylıq 2,1667 faiz ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması ilə və ona əlavə edilmiş ödəniş planı ilə Cavabdeh1 ümumiyyətlə tanış edilməmiş, onun tərəfindən həmin razılaşma imzalanmamış, bununla da razılaşmanın şərtlərinin onun tərəfindən qəbul edilməsi təsdiqini tapmır. Sonradan həmin razılaşmaya əlavə olaraq sazişlər imzalanmaqla razılaşmanın şərtləri dəyişdirilmiş, müddəti artırılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 münasibətdə iddia təmin edilə bilməz, belə ki, Mülki Məcəllənin 477.0.1 maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə hazırkı halda Cavabdeh1 zaminliyinə xitam verilməli və Cavabdeh1 münasibətdə iddia təmin edilməməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd ediləndə Qərarında Mülki Məcəllənin 477.0.1 maddəsinə şərh verilərək izah olunan hallarda zaminliyə hissəvi deyil (faiz və cərimə məbləğinə münasibətdə), tam xitamı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 7864.46 manat, 1295.02 manat faiz borcu, 78 manat cərimə borcu, cəmi 9237.48 manat borc və ödənilmiş 112.37 manat məbləğində dövlət rüsumu 20 avqust 1954-cü il tarixdə Yevlax rayonu, Salahlı kəndində doğulmuş, Yevlax rayonu, Salahlı kəndində qeydiyyatda olan Cavabdeh2 alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qalan dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-226/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-226/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver