Məhkəmə qərarları › İş №2(039)-2263/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2263/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2263/2021 18.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC nümayəndəsi X1, Cavabdeh2 qızının iştirakları ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qızına qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC arasında bağlanmış 28.12.2019-cu il tarixi, L-MN-0050214-F saylı Kredit müqaviləsinə xitam olunmasını və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 2352.22 AZN və faiz borcu üzrə 43.97 AZN olmaqla, cəmi 2396.19 AZN məbləğində kredit borcunun və ödənilmiş 30.40 AZN dövlət rüsumunun alınaraq Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında 28.12.2019-cu il tarixli, L-MN- 0050214-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 2398.11 AZN manat məbləğində güzəştli kredit rəsmləşdirilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə 28.12.2019-cu il tarixli, L-MN-0050214-F saylı Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 45.89 AZN və faiz borcu üzrə 4.11 AZN olmaqla cəmi 50.00 AZN məbləğində pul ödənilmişdir.Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 2352.22 AZN və faiz borcu üzrə 43.97 AZN olmaqla cəmi 2396.19 AZN məbləğində kredit borcu var. İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC -nin nümayəndəsi Fəqan Səlimov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh2 həqiqətən müqavilədə qeyd edilən şərtlərlə iddiaçı Bankdan 2398.11 manat kredit götürmüşdür. Hazırda işləmir və maddi imkanı yoxdur həmin krediti ödəsin. Bu səbəbdən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2019-cu il tarixi, L-MN-0050214-F saylı kredit müqaviləsinin surəti ilə müəyyən olunur ki, bu müqavilə ilə əsasında sonuncuya 18 ay müddətinə 60 ay müddətinə, illik 1% olmaqla 2398.11 AZN məbləğində kredit verilmişdir. Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC ilə Cavabdeh2 arasında bağlanmış 28.12.2019-cu il tarixli, L-MN-0050214-F saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu Seymur Əhmədovun öhdəlikləri üzrə birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Maliyyə arayışına əsasən, 28.12.2019-cu il tarixi, L-MN-0050214-F saylı kredit müqaviləsi üzrə 10 sentyabr 2021-ci il tarixə 2.3522.22 manat əsas borc, 43,97 manat faiz borcu, cəmi 2.396.19 AZN borc yaranmışdır. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Bankla cavabdeh Seymur Əhmədov arasında bağlanmış kredit müqaviləsinə görə sonuncuya 60 ay müddətinə, illik 1% olmaqla 2398.11 AZN manat məbləğində kredit verilmiş, eyni zamanda digər Cavabdeh2 ilə Bank arasında zaminlik müqavilə bağlanmış və o, kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Kredit və zaminlik müqavilələri üzrə öhdəliklər cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borca görə birgə məsuliyyət daşıyırlar. Əsas və faiz borcunun iddiaçı tərəfindən düzgün hesablanmadığına dair cavabdehlər tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, buna dair hər hansı şübhə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oğlundan və Cavabdeh2 qızından müştərək qaydada 28.12.2019-cu il tarixli, L-MN-0050214-F nömrəli kredit müqaviləsi üzrə 2352.22 AZN əsas borcu və 43.97 AZN faiz borcu, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 2 426.56 AZN (iki min dörd yüz iyirmi altı) manat 56 (əlli altı) qəpik iddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) “İnkişaf üçün Maliyyə” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar