Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2266/2024 25.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 28 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlk yaşına çatanadək saxlanılmaları üçün Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli qətnaməsi ilə 04 noyabr 2003-cü il təvəllüdlü X7, 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 28 noyabr 2007ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin birgə nikhlarından doğulmuş uşaqlarından Aytac və Aydan adlı uşaqları yetkinlik yaşına çatmışdır. İddiaçı xəstədir və işləmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların maddi cəhətdən saxlanması üçün kifayət etmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa cavabdeh uşaqların saxlanması üçün əlavə olaraq iddiaçıya kömək etmir. Hazırda bir uşağa görə 180 (bir yüz səksən) manat alimentin tutulmasına da razıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin 11 noyabr 2015-ci il tarixli qətnaməsi ilə 04 noyabr 2003-cü il təvəllüdlü X7, 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 28 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan (cavabdehdən) hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birgə nikhlarından doğulmuş uşaqlarından Aytac və Aydan adlı uşaqları yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan 28 noyabr 2007-ci il təvəllüdlü İnqilab adlı uşağına görə 180 (bir yüz səksən) manat ödəməyə razıdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X11 21 sentyabr 2006-cı ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X9 28 noyabr 2007-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin 2(039)-2244/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, 04 noyabr 2003cü il təvəlüdlü X7, 21 sentyabr 2006-cı il təvəllüdlü X6 və 28 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2244/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 28 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 180 (bir yüz səksən ) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin birgə nikahlarından doğulmuş Aydan adlı uşaqları yetkinlik yaşına çatmışdır. İddiaçı işləmir və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşağın saxlanması üçün kifayət etmir, cavabdeh isə uşağın maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşağın saxlanması üçün kifayət etmədiyini, iddiaçının işləmədiyini, Aydan adlı uşağın yetkinlk yaşına çatdığını nəzərə alır və hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2244/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının 28 noyabr 2007-ci il təvəllüdlü X8 münasibətdə artırılaraq hər ay 180 (bir yüz səksən) manat müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-2244/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə 28 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılaraq həmin uşağa görə hər ay 180 (bir yüz səksən) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 28 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 41.6 (qırx bir manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2266/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2266/2024
25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver