Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2276/2023 07.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 20 dekabr 1984-cü il təvəllüdlü X5 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, oğlu X7 2014-cü il tarixdə Suriya Respublikasına yeddi aylıq işləmək məqsədi ilə getmişdir. 2015-ci ilin sonlarında ona xəbər gəldi ki, Elşən 06 noyabr 2015-ci il tarixdə həlak olub. Onun itkin düşməsi ilə bağlı Yevlax RPŞ-nə müraciət etmiş və araşdırma aparılmışdır. Lakin heç bir nəticə olmamışdır. Elşənin övladları onun himayəsinə verilmişdir. Onun harada olması barədə rəsmi sənəd olmadığına görə uşaqların sosial hüquqlarını həyata keçirməkdə çətinlik çəkir. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(039)-356/2023 saylı qətnaməsindən məlum olur ki, X1 xx.xx.2008-ci il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 1315 nömrə ilə qeyd edilmiş X2, xx.xx.2009-cu il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 1314 nömrə ilə qeyd edilmiş X4 və xx.xx.2014-cü il tarixində Yevlax şəhərində doğulmuş, doğulması Maraqlı şəxs tərəfindən akt qeydləri kitabında xx.xx.2014-cü il tarixində 823 nömrə ilə qeyd edilmiş X3, ataları X7 olması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 14 sentyabr 2022-ci il tarixli 1090 saylı məktubundan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 3-13- 117/2-19888/23 saylı məktubundan məlum olur ki, X5 xəbərsiz itkin döşməsi və ya təqsirləndirilən şəxs kimi, axtarışa elan olunması barədə Yevlax RPŞ-də hər hansı bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı mənzil təmir istismar sahəsi tərəfindən 18 sentyabr 2023-cü il tarixdə verilmiş 5-9-1/2- 520/2023 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi 121 saylı evdə qeydiyyatda olan X5 itkin düşməsi barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X7 yaşadığı Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi 121 saylı evdən çıxıb getmiş, indiyədək onun barəsində heç bir məlumat yoxdur. X5 barəsində yerli icra hakimiyyəti orqanlarında da (Yevlax RPŞ-də, Yevlax şəhəri 1 nömrə icra nümayəndəliyində) hər hansı bir məlumat yoxdur. X7 olmadığından və onun harada olması barədə rəsmi sənəd olmadığına görə onun övladlarının sosial hüquqlarının həyata keşirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20 dekabr 1984-cü il tarixdə anadan olmuş X7 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20 dekabr 1984-cü il tarixdə anadan olmuş X7 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2276/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2276/2023
07.11.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver