Məhkəmə qərarları › İş №2(039)-228/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-228/2020

21.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-228/2020 21.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4850 (dörd min səkkiz yüz əlli) manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə borc müqaviləsi bağlayaraq ona 10000 (on min) manat məbləğində borc pul vermişdir. Həmin müqavilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmişdir. Borc müqaviləsinin 2-ci bəndində verilmiş borcun xx.xx.2017-ci il tarixdə qaytarılması nəzərdə tutulsa da, borclu indiyədək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh həmin puldan iki dəfə xx.xx.2017-ci il tarixdə 5000 manat və xx.xx.2019-cu il tarixdə 150 manat pul vermişdir. Qalan borcunu isə qaytarmaq istəmir. Dəfələrlə yerdə qalan borcunu tələb etməyinə baxmayaraq halhazıradək borcunu qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh kredit müqaviləsi üzrə borcundan 8850 manat iddiaçıya qaytardığını və iddiaçıya cəmi 150 manat borcu olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 manat məbləğində borc pul vermişdir. Borcalan krediti xx.xx.2017ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehdən ödənilməmiş 4850 manat kredit məbləğinin geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı 10000 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh borc məbləğinin bir hissəsini, yəni 5150 manatı iddiaçıya qaytarmış, 4850 manat məbləğində pulu isə iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdeh 10000 manat borc məbləğindən 8850 manatı iddiaçıya qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Res-pub-li--ka-sı Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə manat 4850 məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar